Azərbaycan teatrı beynəlxalq foruma “İlahi oyun”la gedir
Tarix: 28.10.2015 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


“BELTA” xəbər verir ki, noyabrın 19-dan 26-dək Belarusun paytaxtında Gənclərin II Beynəlxalq Teatr Forumu keçiriləcək. Forum MDB və Baltikyanı ölkələri, Gürcüstanı əhatə edir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi noyabrın 19-da forumda “İlahi oyun” tamaşasını göstərəcək. Səhnə əsəri “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposunun “Dirsə xan oğlu Buğac xanın boyu” əsasında hazırlanan etnomüzikldir. Tamaşa Yanka Kupala adına Milli Akademik Teatrın əsas səhnəsində göstəriləcək. Rejissor Mikayıl Mikayılov bildirib ki, məqsəd bu səhnə əsəri ilə tamaşaçıları xəyalən uzaq keçmişə qaytarmaqdır. O keçmişə ki, Tanrı ilə ünsiyyət, dünyalar arasında səyahət, cinlərlə mübarizə, gələcəyə fal açmaqla kamlar (türklər şamanları belə adlandırıb) məşğul idi. M.Mikayılov deyib: “Biz oğuz tayfalarının danışdığı qədim dilin ahəngini saxlamaq istədik, bu səbəbdən də tamaşada orijinal dil səslənir. Oğuzların ölkəsi bizim Antlantidamızdır. Aktyorların məharəti sayəsində biz etnomüzikli yarada bildik, bu da tamaşaya müəyyən müasir çalarlar verir”




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
03.07.2020
Natəvan və Haqverdiyevlə bağlı televiziya filmləri hazırlanır
30.06.2020
Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
30.06.2020
“İstedadlı uşaqların sorağında“ adlı Beynəlxalq Onlayn Festival keçiriləcək
28.06.2020
Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info