“Gömrükdə yoxlamaların sadələşdirilməsi əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib“
Tarix: 28.10.2015 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Prezidentin imzaladığı gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanı şərh edib.
A. Əliyev bildirib ki, fərman kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir: "Bu sahədə olan strategiya müəyyənləşib. Bu fərmanın tətbiqi Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Söhbət sahibkarlıqdan gedə bilməz. Çünki söhbət burada kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir. Gətirilən mallar vətəndaşın öz tələbatını ödəmək üçün ola bilər". Komitə sədri bildirib ki, ölkə başçısının verdiyi tapşırıqlara əsasən, dövlət büdcəsi vergi və gömrük rüsumları hesabına formalaşdırılmalıdır. "Buna görə, kommersiya və istehsalat tələbatı üçün gətirilən mallar mövcud olan qanunvericiliyə əsasən vergiyə cəlb olunacaq", - deyə DGK sədri qeyd edib. Yeniliyin büdcə daxilolmalarına təsir edib-etməyəcəyinə gəlincə, A.Əliyev deyib ki, bu barədə yalnız müəyyən hesablamalar aparıldıqdan sonra dəqiq nə isə demək olar. Xatırladaq ki, ölkə başçısı tərəfindən imzalanan fərmana əsasən, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq
20.01.2019
Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info