SOCAR Fransanın “Axens” şirkəti ilə müqavilə imzalayıb
Tarix: 28.10.2015 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “Axens” şirkəti arasında dizelin və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilə imzalanıb.
Sənədi SOCAR tərəfdən Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) direktoru Elman İsmayılov, qarşı tərəfdən isə “Axens” şirkətinin baş icraçı direktoru Jan Sentenak imzalayıblar. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, imzalanma mərasimdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda “Avro 5” standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və zavod təsərrüfatının rekonstruksiya edilməsi planlaşdırılır. Həmçinin, bir neçə yeni qurğunun - bitum istehsalı, dizel hidrotımizləmə, hidrogen istehsalı qurğusu, aminlə təmizləmə, LPG MEROKS, isomerizasiya, naftanın və katalitik krekinqdən alınan benzin fraksiyasının hidrotəmizlənməsi, kükürd istehsalı və sair qurğuların inşası da nəzərdə tutulur. Bildirilib ki, yeni tikiləcək bitum qurğusunun lisenziyasının alınması ilə əlaqədar keçən həftə Avstriyanın “Poerner” şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Digər əsas qurğular üzrə lisenziyanın alınması və Texnoloji Layihələndirmə Paketinin hazırlanması istiqamətində aparılmış araşdırma nəticəsində dizelin və benzinin hidrotəmizlənməsi qurğuları üzrə dünyada qabaqcıl təcrübəyə malik Fransanın “Axens” şirkəti lisenziar kimi seçilib. Qeyd olunub ki, Türkiyədə tikilən “Star” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa olunur. “Axens” şirkətinin baş icraçı direktoru Jan Sentenak SOCAR ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
İcra və Kommunikasiya Planlarının icrasına başlanılıb
20.08.2019
Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb
20.08.2019
Yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub
20.08.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşları Tovuz və Ağstafada qəbul edəcək
20.08.2019
Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info