“Əkrəm Əylisli “İstiqlal” və “Şöhrət” ordenlərindən məhrum edilsin”
Tarix: 11.02.2013 | Saat: 17:44:00 | E-mail | Çapa göndər



Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə heyəti qəzetimizə Əkrəm Əylislinin “Daş yuxular” romanı barədə yaydığı məlumatı göndərib. Həmin məlumatı oxucularımıza təqdim edirik:

“Son zamanlar kütləvi informasiya vasitələrində Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı aparılan ictimai müzakirələr bir tərəfdən bu əsərin nə qədər ziyanlı, antimilli və antihumanist bir əsər olduğunu, xalqımızın yaxın və uzaq tarixi ilə bağlı məlum həqiqətləri təhrif etməklə həm də dini və irqi ayrı-seçkiliyə xidmət etdiyini ortaya qoydusa, digər tərəfdən də Ə.Əylisli ona edilən etirazlara göstərdiyi əks reaksiyalarla öz əməlindən peşman olmadığını, hətta öz mövqeyində israrlı olduğunu nümayiş etdirdi. Bu hərəkətləri ilə o, Azərbaycan xalqına bilərəkdən çirkab atdığını, vətəninə və millətinə bilərəkdən xəyanət etdiyini etiraf etmiş oldu, hətta “erməni olsaydım, bununla fəxr edərdim”, “ermənilərdə işiniz olmasın” kimi ifadələri televiziya efirindən səsləndirməkdən belə çəkinmədi.
Bütün bunları müzakirə edərək, Azərbaycan Qaçqınlar Cəmiyyəti Azərbaycan xalqının ayrı-ayrı təbəqələrinin Əkrəm Əylisliyə etiraz olaraq səsləndirdiyi fikirləri, etdiyi hərəkətləri tam dəstəklədiyini bəyan edir. Azərbaycan Yazıçılar Birliyinin verdiyi bəyanatı, Ə.Əylislinin AYB-nin üzvlüyündən xaric edilməsini xüsusilə təqdir edərək, bundan sonra onun mətbuat səhifələrinə və efir dalğalarına buraxılmamasını, əvəzində əsərlərinin zərərli məqamlarının tərcümə edilərək geniş xalq kütlələrinə çatdırılmasını təklif edirik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət strukturlarının, ictimai qurumların və xalqın nümayəndələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq Ə.Əylislini Xalq yazıçısı adından və Prezidentin fərdi təqaüdündən məhrum etməsi bizim cəmiyyətdə də razılıqla qarşılanıb.
Lakin biz bir daha ölkə rəhbərinə müraciət edərək, Ə.Əylislinin “İstiqlal” və “Şöhrət” ordenlərindən məhrum edilməsini xahiş edirik. Bizim üçün anlaşılan deyil ki, “Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə” insanların təltif edildiyi bu ali mükafatları Xalq yazıçısı adından, hətta Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən məhrum edilmiş, vətəninə və xalqına xəyanət etdiyi, ölkə Prezidentinin sərəncamında təsbit olunmuş bir yazıçı necə daşıya bilər?!”.

NURANƏ





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info