Azərbaycandakı seçkilər Rusiyanın birinci kanalında
Tarix: 29.10.2015 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Rusiyanın Birinci kanalı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq prosesindən bəhs edən reportaj hazırlayıb. Reportajda Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə bir mandat uğrunda orta hesabla altı namizədin mübarizə aparacağı bildirilir. Hələ ki, namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.
Reportajda, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı haqda məlumat verilir. Vurğulanır ki, son illərdə ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır.
Kanal Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun fikirlərinə də yer verib. M.Pənahov qeyd edir ki, Milli Məclisə beşinci seçkilərdə iştirak üçün iki minə qədər namizəd sənədlərini MSK-ya təqdim edib. Lakin çoxları qalib gəlmək şanslarının az olduğunu anlayaraq, namizədliklərini geri götürüblər. İndi seçki bülletenində 767 namizədin adı var. Beləliklə, hər bir dairəyə 6-dan çox namizəd düşür. Ümumilikdə bunun özü ciddi rəqabətdir. Seçkidə 22 siyasi təşkilat mübarizə aparacaq. Onlardan yeddisi bir koalisiyada birləşir. Lakin ekspertlər indidən proqnozlaşdırırlar ki, seçkinin real favoriti Yeni Azərbaycan Partiyasıdır.
“Biz ən azı əvvəlki parlament seçkilərindəki nəticələri təkrarlamaq istəyirik. Ötən dəfə partiyamız 71 mandat qazandı, bu yerlərin 60 faizindən çoxu deməkdir”, - deyə telekanal Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun fikirlərinə də yer verib.
Reportajda qeyd olunur ki, seçkiləri 500-ə qədər beynəlxalq müşahidəçi izləyəcək. Ənənəvi olaraq parlament seçkiləri həmişə əhalidə böyük marağa səbəb olur. Mərkəzi Seçki Komissiyası seçkidə 50 faizindən çox seçicinin iştirak edəcəyini proqnozlaşdırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Aleksanrd Şerin: “İran artıq Rusiyadan C-400 raket kompleksləri almaq haqqında düşünməlidir”
19.06.2019
“Kıbrıs mövzusunda federasiya prosesi sona çatdı”
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info