Zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
Tarix: 29.10.2015 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Yay fəslinin sonları və payızın əvvəllərində respublika ərazisində siçanabənzər gəmircilərin çoxalması və yeni sahələrə yayılması üçün əlverişli şərait yaranır. Bu ilin sentyabr ayında İsmayıllı, Qəbələ, Qusar və Qobustan rayonlarında 10 min hektara yaxın ərazidə aparılan müşahidələr zamanı siçanabənzər gəmiricilərin sayı iqtisadi ziyanvurma həddindən çox olduğu üçün 5700 hektar ərazidə kimyəvi mübarizə, digər ərazilərdə isə zərərvericilərin sayı İqtisadi Ziyanvurma Həddindən (İZH) az olduğuna görə aqrotexniki mübarizə tədbirlərinə başlanılıb. Bu haqda Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyindən məlumat verilib. Dənli bitkilərin əkin sahələrində çıxış alınması ilə eyni vaxtda taxıl böcəyinin sürfələrinin də zərərli fəaliyyətə başlaması müşahidə olunmuşdur. Əsasən dağətəyi dəmyə taxıl sahələrinə zərər verməsi ilə xarakterizə olunan bu zərərvericiyə qarşı Şəki və Qax rayonlarına 340 hektar ərazidə kimyəvi mübarizə aparılması üçün dərman preparatları ayrılmış və mübarizə tədbirlərinə start verilib.
Kartofun təhlükəli karantin zərərvericisi olan kartof güvəsinin anbarlarda saxlanan ərzaq kartofu və toxumluq kartof yumrularına ciddi zərər vurduğunu nəzərə alaraq, Tovuz rayonunda 3000 ton kartofu biolojı preparatlarla (Bacillus Thuringiensis) dərmanlanmış, daha 6500 ton toxumluq kartofun dərmanlanmasına başlanıb.
Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı müxtəlif çeşidli pestisidlərdən çox istifadə edilməsi ətraf mühitin çirklənməsinə, faydalı canlıların məhv olmasına, ekoloji tarazlığın pozulmasına və istehsal olunmuş məhsullarda insan üçün zərərli olan pestisidlərin qalıq miqdarlarının toplanmasına səbəb olur. Bunları nəzərə alaraq respublikamızda tam təhlükəsiz olan bioloji mübarizə tədbirlərindən istifadəyə önəmli yer verilməkdədir.
Qeyd edək ki, Dövlət Xidməti tərəfindən ölkə ərazisində həyata keçirilən fitosanitar monitorinqlərinin nəticələrinə uyğun olaraq, mübarizə tədbirləri davam etdirilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info