“Noyabrın 1-də Azərbaycan xalqının Qərbin ədavət və qərəzinə cavab vermək imkanı olacaq”
Tarix: 29.10.2015 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Dmitri Savelyev: “Azərbaycan tək deyil, Rusiya bütün müstəvilərdə Azərbaycanı dəstəkləyir və parlament seçkilərindən sonra bu, daha da güclənəcək”

Rusiya Federasiyası Dövlət Duması Komitəsinin sədr müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin “Secki-2015.az” saytına müsahibə verib”
- Azərbaycanda seçkiöncəsi durumu necə dəyərləndirirsiniz?
- Azərbaycanda seçkiöncəsi vəziyyəti çox yaxından izləyirəm, ölkədə keçirilən çoxsaylı statistik sorğuların nəticələrindən xəbərim var. Deyə bilərəm ki, xalq hazırkı hakimiyyəti tam dəstəkləyir. Ümumiyyətlə Azərbaycanın hazırkı siyasi kursu uzaq perspektivlərə köklənməsi, uzaqgörənliyi və balanslılığı ilə daim bölgədə fərqlənib. Seçkiöncəsi proseslər də onu göstərir ki, bu siyasətə alternativ yoxdur və müxalifətin real güc ortaya qoyacağı sadəcə absurddur. Müxalifətdə adamlar var ki, Qərbdən aldıqları pullar hesabına Azərbaycan xalqını “demokratik dəyərlərin müdafiəsi” adı altında çaşdırmağa cəhd edirlər. Son məlumata görə, Avropa İttifaqı Azərbaycana “KİV-in azadlığının genişləndirilməsi” üçün 5 milyon avro ayırıb. Nəzərə alsaq ki, Avropa yalnız Azərbaycan dövlətinin əleyhinə yazan KİV-ləri müstəqil hesab edir, o zaman bu pulların hara xərclənəcəyi indidən məlumdur.
- ATƏT-in Demokratik Təxsisatlar və İnsan Haqları bürosu seçkini izləməkdən imtina edib. Sizcə bu, prosesin legitimliyini şübhə altına ala bilərmi?
- Adı çəkilən qurumun Azərbaycana öz müşahidəçilərini göndərməkdən imtina etməsi açığı mənə çox müəmmalı görünür. Necə ola bilər ki, seçki keçirilmədən əvvəl ona etimadsızlıq ifadə edəsən? Nəzərə almaq lazımdır ki, bunun arxasında da müvafiq məqsədlər dayanır. Məsələn, Azərbaycanı dünya arenasında nüfuzdan salmaq və ölkəyə birbaşa siyasi təzyiq göstərmək istəyi durur. Amma əvvəlcədən deyim ki, bu cür istəklər elə bəri başdan iflasa uğrayıb, çünki Azərbaycana Rusiyadan, İsraildən, Türkiyədən, eləcə bəzi Avropa ölkələrindən çoxsaylı müşahidəçilər gələcək. Onlar da seçki haqda öz fikirlərini təbii ki, deyəcəklər. Onların fikirləri isə legitimlik üçün tam yetərli olacaq.
- Hər dəfə Azərbaycanda seçkilər və ya digər əhəmiyyətli tədbirlər keçiriləndə ölkəyə kənardan təzyiqlər güclənir. Bunların qarşısını necə almaq olar?
- Şəxsən bizim üçün də burda yeni heç bir şey yoxdur, Rusiyada da eyni mənzərəni müşahidə etmək olar. Görünür Azərbaycan da Rusiya kimi özünün müstəqil siyasəti ilə çoxdan Qərbin bəzi dairələrinin diqqətini çəkib, rəsmi Bakı daxili və xarici siyasi kursuna hər hansısa müdaxiləyə indiyə kimi yol verməyib. Amma Qərbin buna reaksiyası adekvat deyil. Ona görə də Azərbaycan Rusiya ilə yaxınlaşma kursunu götürməli oldu ki, bu da təbii idi. Çünki rəsmi Moskva ölkə başçısı İlham Əliyevə Azərbaycanın dinamik inkişafını tam təmin etməyi bacaran Prezident kimi çox böyük hörmət bəsləyir. Qərbin mövqeyi isə belədir: əsassız ittihamlar, daxili işlərə kobud müdaxilə, hətta hərdən də birbaşa hədələmə. Noyabrın 1-də Azərbaycan xalqının Qərbin bu cür ədavət və qərəzinə cavab vermək imkanı olacaq. Mən inanıram ki, Azərbaycan seçiciləri hazırkı hakim partiyanın namizədlərini dəstəkləməklə onlara tutarlı cavab verəcək. Avropa və Amerikanın bu cür çirkin təzyiqləri, ikili standartları qarşısında Azərbaycan tək deyil, Rusiya bütün müstəvilərdə Azərbaycanı dəstəkləyir və parlament seçkilərindən sonra bu, daha da güclənəcək. Bunu mən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi deyirəm.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info