Gənclər üçün Təhsil Mərkəzi beynəlxalq qurumda ali mövqedə təmsil olunacaq
Tarix: 29.10.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi Avropa Gənclər Klubları Konfederasiyasının İspaniyanın Barselona şəhərində Baş Assambleyasında iştirak edib. Avropanın 20-dən artıq ölkəsinin təmsil olunduğu bu qurumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində gənclərin rolunu dəstəkləyən fəal gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirməsinə və qeyri-formal təhsilin inkişaf etdirilməsinə kömək etməkdir.
Gənclər üçün Təhsil Mərkəzinin beynəlxalq əlaqələr üzrə ekspertlərinin iştirakı ilə keçirilmiş yekun iclasda Mərkəzin Konfederasiyanın idarə heyətində təmsil olunması irəli sürülüb. Müzakirələr zamanı Gənclər üçün Təhsil Mərkəzinin 2015 –ci il ərzində həyata keçirdiyi 68 –dən çox tədbir haqqında ətraflı təqdimat edib və üzv ölkələrin nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib: “Bu gün ölkəmizin beynəlxalq nüfuzu, aparılan səmərəli gənclər siyasətinin, həmçinin Mərkəzin effektiv fəaliyyətinin nəticəsidir ki, təşkilatımız Konfederasiyaya müşahidəçi üzv olmadan birbaşa assosiativ üzv olub. Bununla yanaşı 2 il keçməmiş Mərkəzi tamhüquqlu üzv kimi beynəlxalq quruma qəbul etdilər. Bütün bu nəticələrin qarşısında biz ölkəmiz adına beynəlxalq qurumda daha geniş söz sahibi olmamız üçün Konfederasiyanın idarə heyətinə namizədliyimizi irəli sürmüşük . Tezliklə beynəlxalq qurumun daha ali mövqelərində təmsil olunacağıq”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info