Səlim Müslümov: “İƏT dünyada ədalətin bərqərar olmasında öz fəallığı ilə seçilir”
Tarix: 29.10.2015 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən üçüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Təşkilatın Baş Katibi İyad bin Amin Mədəni ilə görüşüb.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizdə əldə olunan mühüm tarixi nailiyyətlər barədə İyad bin Amin Mədəniyə ətraflı məlumat verən S.Müslümov son 12 ildə ölkəmizdə dünyada rekord səviyyədə, yəni 3,4 dəfə iqtisadi artıma nail olunduğunu, uğurlu iqtisadi şaxələndirmə siyasəti sayəsində qeyri-neft sektorunun genişlənərək ümumi daxili məhsulda onun payınınn 70 faizə çatdığını bildirib: “Bu dövrdə respublikada 1,4 milyondan çox yeni iş yerinin yaradılması əmək bazarında sabitliyə şərait yaratmaqla, işsizliyin 4,9 faizə enməsinə səbəb olub. Sosial rifah halının yüksəldilməsi yönündə aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı səviyəyə - 5 faizə enib”.
S.Müslümov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini və bu sahədə səylərini daim gücləndirdiyini vurğulayıb: “Qürurverici haldır ki, İslam Əməkdaşlıq Təşkilatı bu gün qlobal problemlərin həllində, dünyada ədalətin bərqərar olmasında öz fəallığı ilə seçilir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı Təşkilatın daim birmənalı və qətiyyətli, ədalətli mövqe tutması da bunun bir nümunəsidir və biz bunu yüksək dəyərləndiririk”. Nazir Təşkilata üzv ölkələr arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın genişlənməkdə olduğunu qeyd edib: “Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, Təşkilatın Bakı şəhərində Əmək Mərkəzinin yaradılması bu sahədə mühüm addımların atılmasına, əməkdaşlığın daha da möhkəmlənməsinə imkan verəcək. Son iki gün ərzində bu mərkəzin yaradılması ilə bağlı təsis sənədləri, Mərkəzin Nizamnamə layihəsinin bütün maddələri İslam Əməkdaşlıq Təşkilatı əmək nazirləri konfransının iştirakçıları tərəfindən geniş müzakirə olundu və bu sənədlər tam yekdilliklə dəstəkləndi”. S.Müslümov əmək nazirlərinin müntəzəm görüşlərinin ümumən təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafına xidmət etdiyini bildirib, belə mötəbər tədbirlərin təşkilinə görə İƏT Katibliyinə minnətdarlığını ifadə edib.
İyad bin Amin Mədəni İƏT-in fəal üzvlərindən olan Azərbaycanın dinamik sosial-iqtisadi inkişafından məmnun olduğunu qeyd edib, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndiyini, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının üzvləri sırasında daim layiqli və işgüzar mövqeyi ilə seçildiyini razılıq hissi ilə vurğulayıb. Baş katib İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində Əmək Mərkəzinin yaradılması təşəbbüsünün uğurla gerçəkləşməsi üçün Təşkilatın Katibliyi tərəfindən müvafiq səylərin göstərildiyini vurğulayıb: “Düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatının ölkələrinin xarici işlər nazirlərinin növbəti iclasında Bakı şəhərində Əmək Mərkəzinin yaradılması barədə yekun qərar qəbul olunacaq”.
Görüşdə əməkdaşlığın inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info