“Rusiyanın “İŞİD”i məhv etmək əməliyyatlarını dəstəkləyirik”
Tarix: 29.10.2015 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


“İŞİD” İslamı parçalamaq məqsədi ilə düşmənlərin yaratdığı bir qurumdur”.
Bunu Moskvada keçirilən “Din və dünya” mövzusunda III Moskva Beynəlxalq Forumunda çıxışı zamanı MDB-nin Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.
A. Paşazadə bildirib ki, indiki dövrdə beynəlxalq terrorçuluğun bütün təzahürləri ilə real mübarizə olduqca vacibdir: “Bu mübarizə milliyyətindən və dini etiqadından asılı olmayaraq bütün insanlar üçün prioritet vəzifə olmalıdır. Biz dinə zidd ideyaları olan terrorçu təşkilat “İŞİD”i, İslamın öz qərəzli maraqlarını həyata keçirmək üçün silaha çevirənləri qəti sürətdə pisləyirik. Bu gün biz Avropanın bəzi ölkələrində zorakılıqdan və terrordan canını qurtararaq doğma torpaqlarını tərk etməyə məcbur olan miqrantlara qarşı qeyri-humanist münasibətin şahidi oluruq. Biz Allahın bəxş etdiyi müqəddəs nemət - insan həyatına qəsd edənləri, millətlərarası və dinlərarası münaqişələri, miqrasiya və demoqrafik fəlakətləri planlaşdıranları və həyata keçirənləri qınayırıq. Çünki bütün bunlar dünyada sülhü və sabitliyi təhlükə altına qoyur. Allah onların qeyri-insani hərəkətlərini heç zaman bağışlamayacaq”.
A. Paşazadə qeyd edib ki, Azərbaycan Rusiyanın “İŞİD”i məhv etmək üçün həyata keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyir: “İŞİD” İslamı dünya ictimaiyyətinin gözündə terror, zorakılıq və vandalizmlə bağlamaq cəhd göstərən bir qurumdur. Əminəm ki, ekstremizm və radikalizmlə dövlətlər, ictimai-siyasi xadimlər və dini qurumlar birlikdə mübarizə apara bilərlər. Azərbaycan öz növbəsində bütün gücünü beynəlxalq terrorizmlə mübarizəyə yönəldir. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda çıxışında qeyd edib ki, beynəlxalq terrorla mübarizə hazırkı mərhələdə bütün ölkələrin prioritet vəzifəsi olmalıdır və yalnız qüvvələrimizi birləşdirməklə qarşıya qoyulan məqsədə çata bilərik”.
Şeyx həmçinin MDB məkanında olan münaqişələrə də toxunub. O deyib ki, postsovet məkanında mövcud bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, dinc yolla həll edilməlidir. O, MDB məkanında sülhə ziyan vuran fəaliyyətdən narahat olduqlarını söyləyib: “Bununla əlaqədar Sovet İttifaqının dağılmasına, separatizmə, etnik təmizləmələrə, postsovet məkanında millətlərarası qarşıdurmalara səbəb olan münaqişələri yada salmaya bilmərəm. Biz, din xadimləri üçün insan həyatı ən yüksək dəyərdir. Bu səbəbdən biz, rus pravoslav kilsəsinin nümayəndələrinə, patriarx Kirillə Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli yolla nizamlanmasında səylərinə, onun dinlərarası münaqişəyə çevrilməsinə yol vermədiklərinə və vasitəçilik fəaliyyətinə görə təşəkkürümüzü bildiririk. Hesab edirəm ki, postsovet məkanında mövcud bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla həll edilməlidir”.
A. Paşazadə Rusiya prezidentinin Dövlət Dumasına təqdim etdiyi, “Quran” və “İncil”dən sitatların ekstremist material kimi təqdim edilməsinə qadağa qoyan qanun layihəsinin əhəmiyyətini xüsusi qeyd edib. O, Azərbaycanda nadir dinlərarası əməkdaşlıq təcrübəsinin olduğunu bildirib: “Müstəqil Azərbaycanda tolerantlıq və multikultiralizm təməli Heydər Əliyev tərəfindən qoyulmuş dövlət strategiyasının əsasını təşkil edir. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir”.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info