İtaliyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb
Tarix: 29.10.2015 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində oktyabrın 28-də Romanın La Sapienza Universitetində ilk seminar təşkil edilib.
Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, fənni La Sapienza Universitetində tədris edən Bakı Slavyan Universitetinin diplomatiya və xarici siyasət kafedrasının dosenti İrina Kunina ilk seminarı “Azərbaycan multikulturalizmi və xarici siyasət” mövzusuna həsr edib. Seminarda La Sapienza Universitetində “Beynəlxalq əməkdaşlıq və inkişaf” ixtisası üzrə təhsil alan müxtəlif ölkələrdən əlliyə yaxın tələbə iştirak edib. Seminarda çox maraqlı diskussiya aparılıb və tələbələrin multikulturalizm mövzusu, eləcə də Azərbaycanın xarici siyasəti barədə çoxsaylı sualları cavablandırılıb.
Romanın La Sapienza Universitetində ilk seminarın maraqla qarşılanması Azərbaycanda multikulturalizm modelinə olan sonsuz marağın göstəricisidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin daha çox və nüfuzlu xarici ölkə universitetlərində tədrisinin təmin edilməsi istiqamətində fəaliyyətini daim genişləndirir. 2015-2016-cı dərs ilində artıq 11 nüfuzlu xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Fənnin ötən ildən tədris edildiyi Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Rusiya Federasiyasının Ural Federal Universitetinin Yekaterinburq filialı, Litva Pedaqoji Universiteti, Çex Respublikasının Praqa Karlov Universiteti, İtaliyanın Roma Sapienza Universiteti və Belarus Dövlət Universitetinə builki tədris ilindən daha 4 xarici ölkə universiteti - Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, İsveçrənin Frayburq Universiteti və Türkiyənin Erciyez Universiteti əlavə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info