ƏMDK və BMT Bakıda daşınmaz əmlakla bağlı beynəlxalq tədbirə start verib
Tarix: 29.10.2015 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlığı çərçivəsində “BMT-nin AİK regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.
Tədbir BMT AİK-ə üzv olan dünyanın 56 dövlətinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İsveçrə, İtaliya, Portuqaliya, İrlandiya, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Rusiya Federasiyası, Norveç və digər ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi BMT-nin AİK və digər əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir. Daşınmaz əmlakın dövlət qeydiyyatı və vahid dövlət kadastrı, torpaq idarəçiliyi, daşınmaz əmlak, o cümlədən torpaq bazarının inkişafı ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilir. Eyni zamanda, geodeziya işləri, ünvan reyestrinin aparılması, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, eləcə də əmlak idarəçiliyinə aid digər aktual məsələlər üzrə təcrübə mübadiləsi aparılır. Belə təcrübələrin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirilir.
Beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin, habelə özəl sektorun nümayəndələri də tədbirə qoşulub. BMT AİK nümayəndələri olan Beynəlxalq Mərzçəkənlər Federasiyasının prezidenti Krissi Potsiou, Avropa Daşınmaz Əmlak İnformasiya Xidmətinin icraçı direktoru Rik Vauters və BMT AİK-in Meşə, daşınmaz əmlak və mənzil təsərrüfatı idarəsinin direktoru Marko Keyner də tədbirdə iştirak ediblər.
Komitə sədri Kərəm Həsənov çıxışında deyib: “Şəffaflıq və operativlik məqsədilə daşınmaz əmlakın qeydiyyatında və torpaq idarəçiliyində “bir pəncərə” sistemi tətbiq olunur. Fəaliyyət sahələri üzrə 31 elektron, 3 onlayn və SMS xidmət vətəndaşların istifadəsinə verilib. Artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb. Bakı Kadastr Layihəsinin yekunlaşması ilə Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Bu işlərlə yanaşı, komitənin “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri kimi sosial layihələri də ardıcıl həyata keçirilir”. Komitə sədri çıxışında son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan “Doing Business” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə dünyanın 189 ölkəsi arasında ilk pillələrdə yer alır. Komitə sədri vurğulayıb ki, bütün bu tədbirlər fonunda komitə öz fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi və bu istiqamətdə xarici ölkələrlə həyata keçirilən əməkdaşlığa daim xüsusi diqqət ayırır. Bu baxımdan, bəhs olunan beynəlxalq tədbirin önəmi və tədbir çərçivəsində aparılacaq təcrübə mübadiləsinin mühüm əhəmiyyəti xüsusi vurğulanıb.
Beynəlxalq tədbirdə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edib. Millət vəkili tədbir iştirakçılarını salamladıqdan sonra respublikanın iqtisadi inkişaf tempinə görə dünyada öndə gedən dövlətlər sırasında olmasından, ölkəmizin sosial-iqtisadi inkişafından söz açıb. Bildirilib ki, daşınmaz əmlak idarəçiliyi sahəsində əldə olunan uğurlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq əlaqələrinin, təşkil edilən beynəlxalq tədbirlərin daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığı qeyd olunub.
Tədbirdə BMT Baş Katibinin müavini, Avropa İqtisadi Komissiyasının icraçı katibi cənab Kristian Fris Baxın tədbirə ünvanladığı video salamla nitqi təqdim olunub. BMT Baş Katibinin müavini Bakıda keçirilən bu tədbirin böyük əhəmiyyətindən danışıb və uğurlar arzulayıb. Daha sonra BMT AİK-in Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsi ilə canlı telekörpü yaradılıb. Telekörpü vasitəsilə sözügüdən komitənin sədri xanım Yelena Szolgayova tədbirə qoşulub. O, BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun fəaliyyətindən danışıb və Azərbaycanın daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə etdiyi uğurları vurğulayıb.
Açılış sessiyasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının daşınmaz əmlak idarəçiliyi üzrə baş eksperti Rumyana Tonçovska və BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun sədri Elşad Xanəlibəyli təqdimatla çıxış ediblər. Daha sonra beynəlxalq tədbir 3 sessiya üzrə davam edib.
Tədbir çərçivəsində məkan və inzibati məlumatların səmərəli idarə edilməsi, müştəriyönümlü və dolğun daşınmaz əmlak kadastrı və reyestrinin aparılması üzrə qabaqcıl təcrübə paylaşılıb. Məlumat infrastrukturunda daşınmaz əmlak idarəçiliyi ilə digər sahəvi reyestrlərin qarşılıqlı təması və bu sahədə istifadə edilən informasiya texnologiyaları ilə bağlı mövzular dinlənilib. Ünvan və tikililər üzrə sahəvi reyestrlərin inkişaf etdirilməsinin yeni istiqamətləri, sahilboyu məkan planlaşdırması və su kadastrı, həmçinin digər aidiyyəti mövzular ətrafında ölkə təqdimatları olub və interaktiv müzakirələr aparılıb. BMT AİK-ə üzv dövlətlərin nümayəndələri çıxışlarında daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin təkmilləşdirilməsi sahəsində öz ölkələrinin təcrübəsini bölüşməklə tədbirin gedişində geniş təcrübə mübadiləsi aparıblar.
Beynəlxalq tədbirdə Azərbaycan, Almaniya, Sloveniya, Böyük Britaniya, Norveç, Danimarka, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Ukrayna, Rusiya Federasiyası, Xorvatiya, İsveç, Moldovadan olan nümayəndələrin daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlı çıxış və təqdimatları olub.
Tədbir bu gün davam edəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info