“ABŞ Senatı ali dəyərlərə hörmətsizlik edir”
Tarix: 29.10.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


“ABŞ Senatında Azərbaycan əleyhinə təşkil olunan dinləmələr ölkəmizə qarşı qarayaxmadan başqa bir şey deyil. Azərbaycan xalqı onların qərəzli çıxışlarına ciddi əhəmiyyət vermir. Bu, dövlətimizin yürütdüyü müstəqil siyasətə mane olmaq cəhdidir”. Bu sözləri “Seçki-2015.az” saytına açıqlamasında Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, bu dairələri həqiqətən insan haqları maraqlandırsaydı, o zaman onlar bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün pozulan hüquqları ilə bağlı məsələni qaldırardılar.
Onun sözlərinə görə, əslində bu cür qərəzli tədbirlər təşkil etməklə həmin dairələr özləri insan hüquqları və digər ali dəyərlərə qarşı hörmətsizlik edirlər.
İcma sədri vurğulayıb ki, seçkilərə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub. O deyib: “Namizədlərin təbliğat-təşviqat kampaniyası keçirməsi üçün hər cür şərait var. Hər bir dairə üzrə kifayət qədər namizəd seçki marafonuna qoşulub”.
B.Səfərov əlavə edib ki, Azərbaycan xalqı dövlətin milli maraqlarını hər şeydən üstün tutur: “Əhali dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən tam razıdır. Xalq Prezidenti dəstəkləyir. Görülən işlərin, həyata keçirilən islahatların nəticələri göz qabağındadır”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info