“İslam Həmrəylik Oyunları üçün yeni idman kompleksləri tikiləcək”
Tarix: 29.10.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


İslam Həmrəylik Oyunları ərəfəsində Azərbaycanda bir sıra yeni idman kompleksləri tikiləcək.
Bunu “Trend”ə açıqlamasında ənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
Hansı idman növləri üçün komplekslərin tikiləcəyinin hələlik məlum olmadığını deyən nazir müavini qeyd edib ki, bu, İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin qərarından asılıdır.
İ.İsmayılov 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik oyunlarında yeni idman növlərində yarışların keçiriləcyini də istisna etməyib: “İslam Həmrəylik Oyunlarında Federasiyaların təqdimatı ilə əlavə idman növlərində yarışların keçirilməsi planlaşdırılır. Əlavə idman növləri olduğu üçün, yeni komplekslər də tikiləcək. Ancaq bu çox olmayacaq. Azərbaycanda bir çox idman yarışlarının keçirilməsi üçün tam standartlara cavab verən komplekslər var”.
Nazir müavini 2016-cı ildə Bakıda baş tutacaq “Formula 1” yarışlarının təşkili məsələsinə də toxunub. İ.İsmayılov qeyd edib ki, Beynəlxalq Federasiyasının Azərbaycan qarşısında qoyduğu tələblərə uyğun olaraq, “Formula 1” yarışına yüksək səviyyədə hazırlıq gedir: “Hər bir federasiyasının hansı sahədə olursa-olsun yarışların keçirilməsi ilə əlaqədar tələbləri var. Tam əminliklə deyə bilərəm ki, “Formula 1” yarışının keçirilməsinə Azərbaycan hazırdır. Azərbaycanda keçirilən hər bir tədbir yüksək səviyyədə həyata keçirilir. 50-dən artıq idman yarışının Azərbaycanda keçirilməsi beynəlxalq qurumların bizə olan etimadıdır”.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info