“Birinci informasiya”: “Ermənistanda seçicilərin sayı əhalinin ümumi sayından çoxdur”
Tarix: 29.10.2015 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Hər seçkidə Ermənistan hakimiyyətinin kriminal nümayəndələri, rus ədibi Nikolay Vasilyeviç Qoqolun “Ölü canlar” əsərinin baş qəhrəmanı Çiçikov sayağı “seçici siyahıları” tərtib edirlər

Ermənistan polisi konstitusiya dəyişiklikləri ilə bağlı referendumda “iştirak edəcək” vətəndaşların dairələr və məntəqələr üzrə ilkin siyahılarını açıqlayıb. Qeyd edək ki, Ermənistanın “Birinci informasiya” media qurumu bu barədə məlumat verib. Məlumatda bildirilir ki, bu seçki siyahılarının hələ dəqiqləşdirilməsi aparılmasına baxmayaraq, artıq seçicilərin sayı reallıqla müqayisədə həddi keçib. Hüquq müdafiəçisi Artur Sakunts qeyd edir ki, Lori əyalətində seçicilərin sayı, əhalinin ümumi sayı ilə müqayisədə 101 faiz təşkil edir. Belə çıxır ki, həmin əyalətdə seçicilərin sayı əyalətdəki ümumi əhalinin sayından daha çoxdur. Hüquq müdafiəçisi bu barədə bildirir: “Biz artıq seçicilərin sayını fokus hesab edirik. Maraqlıdır, ötən seçki və ya referendumlarda bu seçici sayı ilə bağlı rəqəmlər saxtalaşdırma əlaməti kimi üzə çıxıb”. Sakunts bildirib ki, indi də seçkilərdə rəqəmlərlə manipulyasiya etmə peyda olub.
Bu qeyd etdiyimiz faktdan da görünür ki, Ermənistanda aparılan bütün siyasi kampaniyalar və “seçkilər” başdan-başa saxtakarlıqlar üzərində qurulub. İndiyə qədər öz yalanları ilə dünyanı aldadan Ermənistan hakimiyyəti ölkə daxilində də öz vətəndaşlarını aldatmağa, onların səslərini öz kriminal hakimiyyətinin ömrünü uzatmaq üçün manipulyasiya etməyə girişib. İndiyə qədər aparılan bu məsələ ilə bağlı müşahidələr, ortaya qoyulan çoxsaylı faktlar, Ermənistan mediasının gündəmə gətirdiyi saxtalaşdırma ilə bağlı sübutlar və sair nünaslar açıq şəkildə göstərir ki, Ermənistanda hər seçkidə digər saxtalaşdırmalarla birlikdə ,bu saxta siyahı olayı ortaya çıxır. Hər seçkidə Ermənistan hakimiyyətinin kriminal nümayəndələri, rus ədibi Nikolay Vasilyeviç Qoqolun “Ölü canlar” əsərinin baş qəhrəmanı Çiçikov sayağı “seçici siyahıları” tərtib edirlər. Bu siyahıda ölənlər, ölkəni tərk edənlər, faktiki olaraq başqa ölkələrdə yaşayanlar, diaspor nümayəndələrinin və sairlərinin adları öz əksini tapır. Bu yolla “seçici siyahıları” qəsdən şişirdilərək doldurulur və Ermənistan hakimiyyəti “ölü canlar”ın “səs vermələri” hesabına ölkədə keçirilən bütün seçkiləri biabırcasına saxtalaşdırırlar. Bu, bütün düynanın, beynəlxalq qurumların, Avropa və Qərb təşkilatlarının, parlamentlərinin, insan hüquqları qurumlarının gözləri qarşısında baş verir. Amma çox maraqlıdır ki, özgə vaxt digər dövlətlərə qarşı “qarışqadan fil düzəldən” bu cür Qərb qurumları bütün seçkilərdə yol verdiyi saxtakarlıqlara görə yalnız Ermənistanın başını sığallayırlar. İndiyə qədər ATƏT, bu qurumun Demokratik Təsusatlar Bürosu, AŞPA və sair Qərb qurumlarının Ermənistanda ən kobud və biabırçı seçki saxtakarlıqları ilə bağlı hər hansı kəskin bəyanatları müşahidə edilməyib. Bütün bunlar bir daha həmin Qərb qurumlarının bu məsələdə də qərəzli olduqlarını və ikili standartlardan çıxış etdiklərini çılpaqlıqları ilə ortaya qoymuş olur.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info