“Ermənistanda əhali öz elementar maddi ehtiyaclarını ödəyə bilmir”
Tarix: 29.10.2015 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Azərbaycan hökumətinin yürütdüyü düzgün iqtisadi siyasət ölkəmizi dünyada gedən iqtisadi böhrandan faktiki olaraq kənarda qoyub. Bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.
Z.Oruc qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlar ölkəmizin daha da güclənməsinə səbəb olub: “Nəzər yetirsək görərik ki, dünyanın müxtəlif dövlətlərində, lap elə qonşu ölkələrin çoxunda ciddi sosial-iqtisadi problemlər hökm sürür. Ermənistanda əhali öz elementar maddi ehtiyaclarını ödəyə bilmir. Məcbur qalıb, mühacirətə üz tuturlar. Oxşar problemlər digər qonşu ölkələr üçün də xarakterikdir. Amma bütün bunların fonunda Azərbaycan iqtisadiyyatı inkişaf edir, həyata keçirilən məntiqi islahatların nəticəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir”.
Dünya Bankı və Beynəlxalq maliyyə korporasiyasının hazırladığı hesabatda ölkəmizin mövqeyinin güclənməsindən danışan millət vəkili bildirib ki, Azərbaycanın iqtisadi sahədə qazandığı uğurları beynəlxalq miqyasda etiraf edirlər: “Hansı ölkədə daxili və xarici siyasət düzgün, müstəqil şəkildə həyata keçirilirsə, həmin ölkədə iqtisadi imkanlar da artır. Qeyri-neft sektoruna edilən yatırımlar ölkəmizin güclənməsimə, iqtisadi imkanların daha da artmasına gətirib çıxarıb”.
Xatırladaq ki, Dünya Bankı və Beynəlxalq maliyyə korporasiyası “Doing Business -2016: Tənzimləyici sahədə Keyfiyyət və Səmərəliliyin Qiymətləndirilməsi” ilə bağlı hesabat yayıb.
"Doing Business -2016”nın hesabatına görə, sahibkarlıq fəaliyyətinin aparılmasının ümumi reytinqində ölkəmiz bu il 100 mümkün xaldan 67,8 xal toplayaraq 63-ci yeri tutur. Xatırladaq ki, 2015-ci ilin reytinqində 80-ci, 2014-ci ildə - 70-ci yeri tutan Azərbaycan “Doing Business”in reytinqində mövqeyini 17 pillə yaxşılaşdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info