Astarada ilk dəfə böyrək transplantasiyası əməliyyatı keçirilib
Tarix: 29.10.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Bu gün Astara Mərkəzi Rayon Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası əməliyyatı keçirilib.
Əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi həkim briqadası tərəfindən icra olunub. Rayonun Kijəbə qəsəbə sakini, 1988-ci il təvəllüdlü Vüsalə Elşad qızı Babayevaya canlı donor olan anası, 1966-cı il təvəllüdlü Nazilə Əyyub qızı Babayevadan böyrək köçürülməsi uğurla həyata keçirilib. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Əməliyyat Səhiyyə Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə son bir aydır davam edən aksiya çərçivəsində keçirilib.
Bununla yanaşı aksiya daxilində Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadaları tərəfindən Astara rayonu, ətraf qəsəbə və kəndlərdə 800-ə yaxın insanın tibbi müayinədən keçməsi təmin edilib, Astara Rayon Xəstəxanasında isə bir neçə əməliyyat icra olunub.
Qeyd olunub ki, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin həkim briqadası tərəfindən indiyədək Cəlilabad, Quba, Qəbələ, Şamaxı, Şirvan və Naxçıvan şəhərlərində də böyrək transplantasiyası əməliyyatları həyata keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info