“Ölkəmizə qarşı qərəz nümayiş etdirən təşkilatların kursu bəzi Qərb dairələrindən verilir”
Tarix: 29.10.2015 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


“Beynəlxalq təşkilatların fəaliyyəti bir-birindən fərqlənir. Təşkilatların hesabatlarının məlum vaxtı var. Yalnız ekstremal vəziyyətdə hesabatların vaxtı dəyişə bilər. Amma Azərbaycanı sevməyən bəzi təşkilatlar var ki, onlar ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatlarını indidən açıqlamağa başlayıblar”. Bu fikirləri “Secki-2015.az” saytına açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
Müşfiq Ələsgərli ötən gün ABŞ-da keçirilən qərəzli tədbirə münasibət bildirərək deyib ki, məsələləri diqqətlə izləyəndə ortaya maraqlı nüanslar çıxır: “Əgər ciddi problem olsaydı, o zaman beynəlxalq jurnalist təşkilatları dinləmələrdə iştirakla deyil, bəyanatlarla çıxış edərdilər. Ancaq gördüyümüz kimi, müxtəlif tədbirlər vasitəsilə bunu etməyə çalışırlar. Orada iştirak edən qurumlara nəzər salsaq görərik ki, onların heç də hamısı jurnalist təşkilatları deyil. Daha dəqiq desək orada iştirak edənlər ABŞ-a bağlı olan qurumlardır. Azərbaycana qarşı qərəz nümayiş etdirən təşkilatların əksəriyyətinin kursu Amerika dairələrindən verilir”.
M. Ələsgərlinin sözlərinə görə, ABŞ özlərinə lazım olan, sərf edən məsələləri gündəmə gətirməklə Azərbaycanda hansısa QHT təmsilçisinin, ya da jurnalistin mövqeyini yox, parlament seçkilərinin pozulmasını istəyir: “ABŞ-ın təsirində olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Azərbaycanda seçkiləri müşahidə etməməsinin arxasında ABŞ siyasi dairələrinin onlara verdiyi təlimatlar dayanır. Beləliklə, ortada ciddi faktlar olmadığına görə, onların bu addımları yersizdir. Əvvəlkilər kimi, bu qərarlar da iflasa uğrayacaq. Azərbaycan dövləti təmkinli, düzgün və demokratik addımları sayəsində bu qərəzləri fiaskoya uğradacaq.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info