Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarlara güzəştli kreditlər veriləcək
Tarix: 29.10.2015 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilmiş, Neftçala Sənaye Məhəlləsində sahibkarların müvafiq investisiya layihələrinin həyata keçirilməsi təşviq olunmuş, sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanmış nümunəvi investisiya layihələrinin, o cümlədən plastik qapı-pəncərə, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab, təbii məhsullardan sabun istehsalı üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarların təklifləri öyrənilmiş, onlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, maarifləndirici materiallar paylanıb.
110-a yaxın sahibkarın iştirak etdiyi forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 4543 sahibkara 197,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, Neftçala Sənaye Məhəlləsində investisiya layihələrinin həyata keçirilməsi üçün güzəştli kreditlər verilə bilər. Ümumilikdə, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 132 müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilıb. Bu müəssisələrdən 115-i istifadəyə verilib, 17-i üzrə işlər davam etdirilir. Güzəştli qaydada maliyyələşdirilmiş müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq. “Azərbaycan İnvestisiya Şirkəti” nin icraçı direktoru Rövşən Nəcəf Neftçala Sənaye Məhəlləsində sahibkarlara təklif olunacaq ümumi xidmətlər, yaradılacaq infrastruktur, istehsal sahələri barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin məşğulluğunun artırılması məqsədi ilə Prezidentin 2 fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq, Neftçala rayonunda Sənaye Məhəlləsinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə, Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 10 ha torpaq sahəsi ayrılıb. Təsdiq olunmuş layihəyə əsasən, ərazidə hər biri 2 moduldan ibarət olan və ümumi sahəsi 15 min kvadratmetrə yaxın olan 8 istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək. Bundan başqa, inzibati binada sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün hüquqi, bank, sığorta, ümumi mühasibatlıq, eləcə də təlimlərim keçirilməsi təklif olunacaq. Hazırda Sənaye Məhəlləsinin fəaliyyəti üçün inzibati bina, ümumi sahəsi 8 min kvadratmetrə yaxın olan 4 ədəd istehsal bloku və zəruri infrastrukturun tikintisi davam etdirilir. Eyni zamanda, Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarlarla danışıqlar aparılmış və tikinti işləri başa çatdıqdan sonra ilk mərhələdə balıq yemi, balıq konservi, qayıq və balıqçılıq ləvazimatları, nasos, suvarma sistemləri avadanlıqları, metal konstruksiya, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
İşgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən 68 sahibkara 12.6 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, cins heyvandarlıq, müasir istixana komplekslərinin yaradılması, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək.
Tədbir zamanı balıq yemi, nasos və avtoqoşqu istehsalı üzrə fəaliyyət göstərən iki sahibkarlıq subyektinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən qeydiyyat şəhadətnaməsi təqdim edilib. Forum çərçivəsində Neftçala Sənaye Məhəlləsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info