Heydər Əliyev Universitetinin iki yüzüncü məşğələsi
Tarix: 29.10.2015 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti nəzdindəki Heydər Əliyev Universitetinin 200-cü məşğələsi keçirilib. “Heydər Əliyev: dahi şəxsiyyət, müdrik xilaskar” mövzusuna həsr olunmuş əlamətdar məşğələni universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, demokratik, sivil bir dövlət kimi formalaşmasında, milli ideologiyanın təşəkkül və inkişafındakı xidmətlərindən bəhs edib. Qeyd olunub ki, məhz ulu öndərin siyasi kursunun qətiyyətlə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz davamlı şəkildə tərəqqi etməkdədir. Heydər Əliyev ideyalarına sadiqlik, bu dahi şəxsiyyətin siyasi irsinin təbliği ziyalıların mənəvi borcudur.Tərbiyə işləri üzrə prorektor, fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Rzayev xatırladıb ki, Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 6 mart 1997-ci il tarixli qərarı ilə yaradılan Heydər Əliyev Universiteti tələbə gəncliyə müstəqil dövlətçiliyimizin ideoloji aspektlərini elmi əsaslarla aşılayan siyasi-mənəvi tərbiyə qurumudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinın Sədri Vasif Talıbov 5 aprel 1997-ci ildə keçirilən ilk məşğələdə “Heydər Əliyevin həyatı və fəaliyyəti universitetdir” mövzusunda çıxış edərək bu siyasi tərbiyə məktəbinin qarşısında duran vəzifələri müəyyən etmişdir. Heydər Əliyev Universitetinin məşğələlərində respublikanın, dünyanın tanınmış elm, siyasət xadimlərinin, diplomatlarının iştirak və çıxışları böyük maraq doğurmuşdur.
Məmməd Rzayev “Heydər Əliyev və Azərbaycan” mövzulu məruzəsində dahi siyasətçinin azərbaycançılıq ideologiyasının təşəkkülündə, milli özünüdərk və milli-mədəni intibahın yüksəlişində, azərbaycançılığın milli dövlətçilik ideologiyası kimi sistemləşdirilib ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təliminə çevrilməsindəki misilsiz rolundan danışıb. Çoxəsrlik qədim tariximizin, milli mədəniyyət və ədəbiyyatın, ana dilinin təbliği və yaşadılması məhz xalqın böyük oğlu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.
İqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı məruzəsində ümummilli liderin yeni islahatlar yolu ilə iqtisadi tərəqqiyə nail olması, onun sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirilməsi ilə bağlı məlumat verib. YAP Universitet ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Kamal Camalov “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda məruzə edərək vurğulayıb ki, müdrik siyasətçinin rəhbərliyi ilə müstəqillik illərində "Təhsil haqqında" Qanun qəbul edilmiş, yeni təhsil müəssisələri açılmış, təhsil işçilərinə dövlət qayğısı artmışdır. Elmin, təhsilin inkişafı bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məşğələnin sonunda Yeni Azərbaycan Partiyasına qəbul edilmiş tələbələr üzvlük vəsiqələri təqdim olunub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info