Tallində ABŞ-ın qaradərili əsgəri təhqir olundu
Tarix: 29.10.2015 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Son dövrlərdə dünyanın müxtəlif yerlərində irqçilik zəminində baş verən münaqişələrin sayı artmaqdadır. Əsasən ABŞ və Avropanın inkişaf etmiş ölkələrində təşəkkül tapan bu tendensiya keçmiş Sovetlər ölkələrinə də sirayət etməkdədir. İrqçilik nədir? Bu barədə yazılan mənbələrdə göstərilir ki, irqçilik ümumi olaraq, eyni dildə danışan və eyni soy-kökdən gələnin başqa soylardan gələnləri alçaltması, onlara yuxarıdan aşağı baxmasıdır.
Qeyd edək ki, bu yaxınlarda Ukraynanın paytaxtı Kiyevdə keçirilən futbol yarışmasında da irqçiliklə əlaqələndirilən olay yaşanmışdı. İnsidentin irqçiliklə əlaqəli olduğunu iddia edən Avropa rəsmilərinə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Voloşinin cavabı belə oldu: «Ukraynanı tənqid etmək üçün o qədər başqa şeylər var ki... Amma irqçiliyə gələndə, bu sarıdan Avropa Birliyi ölkələri Ukraynada qat-qat irəlidədir». Bəlkə də, Voloşin dediklərində haradasa haqlıdır. Çünki elə futbol oyunları zamanı irqçilik səpkisində baş verən insidentlər daha çox Avropa ölkələrində yaşanır. Bunlara nümunə kimi, İngiltərənin qaradərili veteran futbolçusunun fikirlərini xatırlamağa dəyər. O, son Avropa oyunlarında tamaşaçı qismində iştirak edən soydaşlarını «Evinizdə oturub televizora baxın. Risk etməyin, çünki evinizə tabutda gələ bilərsiz», -deyə bildirməklə, onları fikirlərindən daşındırmağa çalışmışdı.
Verilən son məlumatların birində isə deyilir ki, Estoniyanın paytaxtı Tallindəki pivə barlarınnı birində insident yaşanıb. Belə ki, şəhər sakinləri qaradərili NATO əsgərini təhqir edərək ona hücum ediblər. Bu məlumatı Estoniyanın Hava Qüvvələrinin baş komandanlığı sosial şəbəkədə yerləşdirib.
Şərhdə bildirilir ki, guya təlimlərdə iştirak etmək üçün Tallinə gəlmiş qaradərili əsgərin vətəndaşlar tərəfindən «gəldiyin Nigeriyaya rədd ol!» ifadəsi ilə təhqir edilərək, hücuma məruz qalması ilə bağlı komandanlığa sadə vətəndaşlar tərəfindən xeyli şikayət daxil olub. Aydındır ki, eston Hava Qüvvələrinin bu açıqlaması situasiyanı yumşaltmaq üçün verilib.
Qeyd edək ki, yaşanmış olaya reaksiya verən ölkə parlamenti bunu ölkə və xalq üçün rüsvayçılıq kimi xarakterizə edib.
Təbii ki, bu da Avropa ölkələrində irqçilik səpkisində baş verən münaqişələrlə müqayisədə kiçik bir damladır. Qeyd edilməlidir ki, Avropa Hüquq Müdafiə İnformasiya Mərkəzinin etirafına görə, Avropa ölkələrində hər il irqçilik, milli ayrı-seçkilik və dini nifrət zəminində 50 mindən artıq cinayət qeydə alınır. Elə həmin mənbənin verdiyi məlumata görə, “müsəlmanlar, afrikalılar və qaraçılar Avropada daha çox irqçi hücumlara məruz qalırlar. Onlar həmişə belə risklə üz-üzədir”.
Əlbəttə, irqçilik barədə danışarkən ABŞ-dan yan keçmək doğru olmazdı. Bu ölkədə elə son dövrlər qaradərililərlə polis arasındakı baş verən və daha çox sadə qaradərili vətəndaşların ölümü ilə sonunclanan münaqişələri xatırlamaq kifayətdir. Əgər ABŞ-ın özündə qaradərililərə qarşı hər il yüzlərlə aşağılayıcı hallar, hətta qətllər olursa, bu dövlətin müttəfiqlərində də belə halların təkrarlanmasını təbii qarşılamaq lazımdır. Estonlar da istisna deyil, onlar da yəqin ki, qaradərilini təhqir edən ABŞ polisindən nümunə götürürlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info