Fərhad Vəliyev və Vaqif Cavadovun həsrətinə son qoyulub
Tarix: 29.10.2015 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev və “Qəbələ”nin hücumçusu Vaqif Cavadov uzunmüddətli həsrətə son qoyub. Hər iki oyunçu cari mövsümdə ilk dəfə meydançaya çıxıb. Topaz Premyer Liqasının X turunda “Rəvan” üzərində minimal hesablı (1:0) qələbə qazanan Ağdam klubunda Vəliyevin 19 oyunluq həsrəti başa çatıb.
Ötən mövsüm ölkə kubokunun final, həmçinin bu mövsüm Premyer Liqanın 9, Çempionlar Liqasının 4 və Avropa Liqasının 5 görüşünü buraxan Vəliyev bununla 1710 dəqiqədən sonra çərçivəyə keçib. Axırıncı dəfə ötən mövsümün “İnter”ə qarşı (22 may) son turunda (1:2) iştirak edən yığmamızın sabiq üzvü 159 günlük həsrətə son qoyub. Həmçinin, Vaqif Cavadov da sonuncu dəfə cari ilin mayında meydançaya çıxmışdı. Ötən mövsüm Türkiyə I liqasında çıxış edən “Boluspor” klubunun formasını geyinmiş Cavadov axırıncı dəfə “Elazığspor”la (0:0) qarşılaşmada oynamışdı. Boluda keçirilən XXXI turun matçı mayın 3-nə təsadüf etmişdi. Həmin oyunun son 12 dəqiqəsində şans əldə etmiş Vaqif dönüşünü dünən AZAL-la X tur görüşündə qeyd edib. Yayda “Xəzər Lənkəran”la anlaşan, lakin orda debüt etməmiş “Qəbələ”yə icarəyə verilən 26 yaşlı hücumçunun həsrəti 178 gün çəkib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info