“Azərbaycana qarşı təzyiqlərin heç bir əsası yoxdur”
Tarix: 30.10.2015 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Milli Məclisə seçkilər öncəsi bəzi Qərb təşkilatları Azərbaycana qarşı əsassız iddialarla çıxışlar edirlər. Analitiklərin fikrincə, bu cür əsassız iddialar bəzi Qərb ölkələrinin postsovet regionuna laqeyd yanaşmasından irəli gəlir. Bu fikirləri britaniyalı jurnalist, BBC-nin sabiq əməkdaşı Nikolay Qorşkov da bölüşür. “Seçki-2015.az” saytına müsahibəsində N.Qorşkov, həmçinin az qala bütün dünyanın gülüş obyektinə çevrilən Böyük Britaniyadakı parlament seçkilərinin nəticələri barədə danışıb.
- Bəzi britaniyalı KİV nümayəndələriAzərbaycandakı parlament seçkilərini hədəf seçiblər. Siz bunu nə ilə əlaqələndirərdiniz?
- Bu gün Azərbaycana münasibətdə başqa tendensiyalar müşahidə olunur. Düşünürəm ki, Azərbaycan bu təzyiqlərə heç bir əhəmiyyət verməməlidir. Çünki bu iddiaların heç bir əsası yoxdur. Azərbaycana qarşı bu ədalətsiz iddialar bəzi Qərb dairələrinin ikili standartlar siyasətinin bariz göstəricisidir.
- Sizcə, Qərb mətbuatı yaxşı tanış olmadığı ölkələrlə bağlı obyektivliyi hər zaman qoruyurmu?
- Qərb mətbuatı hər zaman obyektivliyi ilə fərqlənmir. Məsələn, Səudiyyə Ərəbistanı ilə Britaniya arasındakı vacib iqtisadi əlaqələri götürək. Bir müddət əvvəl Britaniya mətbuatında Səudiyyə Ərəbistanı “vəhşilər ocağı” kimi təqdim olundu. Səbəb kimi isə evində içki aşkar edilən şəxsə 35 şallaq vurulması cəzası idi. Halbuki, burada həqiqət başqa idi. Britaniya mətbuatında tez-tez miflərə rast gəlinir. Hansı ölkələrlə normal xarici siyasət strategiyası varsa, yalnız o zaman yaxşı yazılar dərc olunur. Yəni, onlar hər şeyi öz arşınları ilə ölçürlər.
- Sizcə bu qeyri-obyektivliyin səbəbi nədir?
- Burada Qərb stereotipi özünü göstərir. Bu ilin mayında Britaniyada parlament seçkiləri keçirildi. Mühafizəkarlar parlamentdə 300 mandat əldə etdilər. Onların namizədlərinə 11 milyondan çox insan səs vermişdi. Yəni, hər namizədə 30 min seçici səs verib. İndi mənə izah edin görüm, necə olur ki, az qala 4 milyon insanın səsini qazanan Birləşmiş Krallığın Azadlıq Partiyası parlamentdə cəmi 1 mandat əldə edə bilib? Özlərinin seçki prosesində kifayət qədər nöqsanları olan britaniyalılar başqalarını necə ittiham edə bilərlər?




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info