Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyindən bəyanat
Tarix: 30.10.2015 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


“Prezidentlərin görüşə hazır olması və sülh yolu ilə həll prosesi üçün əsas elementləri və digər məsəlləri müzakirə etməsi vacibdir”.
Bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Minsk Qrupu həmsədrlərinin regiona son səfəri ilə bağlı bəyanatına cavab olaraq ATƏT Daimi Şurasının 1073-cü iclasında yaydığı bəyanatda deyilir. Bildirilir ki, danışıqlar prosesini irəli aparmaq üçün istənilən səylər vacibdir: “Həmsədrlərin bəyanatındakı ikinci pozitiv məqam həmsədrlərin münaqişədən birbaşa əziyyət çəkən icmalar arasında dialoqun bərpasını istəmələridir. Biz icmaların regiondakı gələcəyi ilə bağlı müzakirələrə imkan verən səyləri və azərbaycanlılarla erməniləri bir araya gətirən proqramları dəstəkləyirik. Hesab edirik ki, bu iki məsələ bir-birini tamamlayır və biz bunun nəticə verməsi və azərbaycanlı və erməni icmalarının görüşməsi üçün səylərimizi artırmalıyıq. Bəyanatda həmçinin İrəvanda ATƏT-in Minsk Qrupu həmsədrlərinin BQXK-nin əməkdaşları ilə görüşdüyü vurğulanıb. Nəhayət ki, həmsədrlər Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi aparmaq sahəsində əldə etdikləri razılaşmaları həyata keçirmək barədə danışıqlar aparıblar. Əgər bu istiqamətdə də irəli hərəkət edilsə, bu, sülh səylərinə təkan verəcək”.

Bəyanatda qeyd olunur ki, təmas xəttində mina və raket qurğularından istifadə onu göstərir ki, münaqişə bitməyib və işğal davam edir: “Biz hərbi faktoru aradan qaldırmalıyıq. Biz status-kvonu dəyişmək üçün səylərimizi artırmalıyıq. Bu, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin,ATƏT-in və dünya ictimaiyyətinin dəfələrlə vurğuladığı məsələdir. Yeganə hərbi amil Ermənistan ordusunun o torpaqlarda mövcudluğudur. Əgər Ermənistan hökuməti təmas xəttində təhlükə və insidentlər məsələsi ilə bağlı ciddidirsə, onlar öz qoşunlarını geri çəkməlidirlər və insanlar nəhayət, özlərini bu ərazilərdə təhlükəsiz hiss etməlidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info