Moskvada “Dünya ədəbiyyatı Rusiya“ jurnalının təqdimatı keçirilib
Tarix: 30.10.2015 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Rusiya Azərbaycan Media Forumunun informasiya dəstəyi ilə Moskvada Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii tərcümə və Ədəbi əlaqələr mərkəzinin birgə nəşri olan "Dünya ədəbiyyatı Rusiya" jurnalının təqdimatı keçirilib. Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkənin ziyalıları, ictimai xadimləri və diaspor üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycan-rus Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov açıq elan etdi. Mehman Şükürov qonaqları salamlayaraq Mərkəzin faəliyyəti haqqında qısa məlumat verdi. Sonra isə Azərbaycan-Rusiya dostluq əlaqələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoqun vacibliyini vurğulayan Mərkəzin rəyasət heyatinin sədri Namiq Şahpələngov Mərkəzin fəaliyyətlərinə hər zaman mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın Rusiyadkı səfirliyinə və şəxsən cənab Polad Bülbül oğluna təşəkkür etdi. Namiq Şahpələngov Mərkəzin adından Azərbaycannin xalq yazıçısı Fikrət Qocaya təşəkkürnamə və hədiyyə təqdim etdi. Təqdimatda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar XX əsr rus ədəbiyyatının böyüklüyünü dərginin bir sayında əhatə etməyin mümkün olmadığını söyləyib. Xalqları bir birinə tanıtdıran və yaxınlaşdıran ən yaxşı vasitənin bədii söz olduğunu vurğulayan yazıçı kitabın Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına yeni töhfə verəcəyini vurğulayıb. Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev isə Azərbaycan-Rusiya mədəni əlaqələrindən danışaraq qeyd edib ki, “Dünya ədəbiyyat. Rusiya” jurnalının Azərbaycan dilində çap edilməsi iki xalq arasındakı tarixi əlaqələrin möhkəmliyindən xəbər verir. Öz növbəsində Rusiya-Azərbaycan dostluq mərkəzinin rəhbəri Natalya Krasovskaya kitabın “Rusiya ədəbiyyatı ili” çərcivəsində, xüsusilə də Azərbaycan dilində buraxılmasını yüksək qiymətləndirib. O, rus ədəbiyyatı səhifələrinin bu gün Azərbaycan oxucusuna bir daha açıldığını bildirib. Azərbaycan xalqının dostu, ictimai və incəsənət xadimi Oleq Çelışev Mərkəzin İnkişaf üzrə direktoru Ramil İsmayılovu "Rusiyanın fəxri incəsənət xadimi" ictimai mükafatı və döş nişanı ilə təltif etdi. Xalq yazıçısı Fikrət Qoça, Ümumrusiya Azərbaycan Konqresinin Prezidentinin müşaviri Manaf Ağayev, Azərbaycan və Rusiya yazıçılar birliklərinin üzvü Afaq Şıxlı və başqaları Azərbaycan və Rusiya ədəbi əlaqələrindən danışıblar, hər iki ölkənin ədəbiyyat, xüsusilə də tərcüməçilik məktəbi tarixində görkəmli simalar olduğunu söyləyiblər. Qeyd olunub ki, “Dünya ədəbiyyatı” jurnalının bu sayı rus ədəbiyyatının 1950-ci illərdən bu günədək olan mühüm bir dövrünü əhatə edir. Jurnalda yaradıcılığı ya qismən, ya da tamamilə bu dövrə düşən rus ədiblərinin, o cümlədən Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin və digərlərinin seçmə əsərləri toplanıb. Onların arasında əsərləri ana dilimizdə ilk dəfə nəşr olunan müəlliflər də var.
Sonda isə Azərbaycanın xalq Artisti Mələkxanım Əyyubova Azərbaycan mahnılarını ifa etdi və xatirə şəkli çəkildi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info