Səlim Müslümov: “Bu il iqtisadi artım 3,7 faiz olub”
Tarix: 30.10.2015 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


İndoneziya ilə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub

İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən üçüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bu ölkənin işçi qüvvəsi naziri Məhəmməd Hanif Dhakiri arasında görüş olub.
Görüşdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda əldə olunan mühüm sosial-iqtisadi nailiyyətlər barədə məlumat verən S.Müslümov ölkədə makroiqtisadi inkişaf dinamikasının cari ilin ötən dövründə də davam etdiyini, bu dövrdə iqtisadi artımın 3,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 6,4 faiz təşkil etdiyini bildirib. Nazir ölkəmizdə sosial sahənin daim diqqətdə saxlandığını, əhalinin 23 faizindən çoxunun sosial təminat sistemi ilə əhatə olunduğunu diqqətə çatdırıb: “Dünyanın bir çox ölkələrində kəskin iqtisadi böhran səbəbindən sosial proqramlar dayandırıldığı halda, Azərbaycanda bütün sosial proqram və layihələr uğurla davam etdirilir, hətta sosialyönümlü xərclərə ayrılan dövlət vəsaitləri ilbəil artırılır. Buna misal olaraq, ötən il dövlət büdcəsindən həmin xərclər üçün 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərcləri üçün 12,6 faiz çox vəsait ayrılıb”.
Azərbaycanla İndoneziya arasında münasibətlərin daim inkişaf etdiyini diqqətə çatdıran S.Müslümov xüsusən iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini daim dəstəklədiklərini vurğulayıb. O, İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin üçüncü konfransının İndoneziyada yüksək səviyyədə təşkilinə görə razılığını ifadə edərək, bu kimi tədbirlərin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın güclənməsində mühüm rol oynadığını qeyd edib. Nazir İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılmasına üzv dövlətlərdən biri kimi İndoneziyanın da fəal dəstək verməsindən razılığını bildirib: “İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əmək, məşğulluq, sosial müdafiə sahələrində fəal əməkdaşlıq təcrübəsi bu əməkdaşlığın ikitərəfli müstəvidə də davam və inkişaf etdirilməsinə zəmin yaradır. Xüsusən də hər iki ölkədə müvafiq sahələrdə aparılan islahat tədbirləri ilə bağlı təcrübə və məlumat mübadilələri qarşılıqlı əhəmiyyət kəsb edir. Bunun üçün Azərbaycan tərəfindən müvafiq səylər göstəriləcəkdir”.
M.H. Dhakiri ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə davam etdirilməsindən məmnunluqla söz açıb, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də yaxşı əməkdaşlıq müstəvisinin formalaşdığını vurğulayıb. İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılmasının əlaqələrin genişlənməsində mühüm rol oynayacağını qeyd edən M.H. Dhakiri bu baxımdan belə bir qurumun üzv ölkələrin hər biri üçün önəmli olduğunu bildirib. O, həqiqətən də aidiyyəti fəaliyyət sahələri ilə bağlı iki ölkə üçün ortaq maraq kəsb edən məsələlərin olduğunu və qarşıdakı dövrdə bu məsələləri əhatə edən ikitərəfli əməkdaşlıq əlaqələrinin formalaşdırılmasının faydalı ola biləcəyini diqqətə çatdırıb.
Görüşdə əmək və sosial müdafiə sahəsində iki ölkə arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info