“Azərbaycan multikulturalizminə səyahət”
Tarix: 30.10.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Ümummilli lider Heydər Əliyevin bu sitatı multikulturalizmin, tolerantlığın düşüncə tərzimizdə oturuşmuş bir fenomen olduğuna sübutdur. Multikulturalizmi dövlət siyasətinin prioritet istiqaməti və cəmiyyətimizin həyat tərzi kimi səciyyələndirən Prezident İlham Əliyev Ulu Öndərin müvafiq siyasətinin layiqli davamçısı olduğunu həm ölkəmizin bu istiqamətdə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbir, simpozium və konfransların təşkili, həm də son dövrlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin yaradılması ilə təsdiqləyib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin himayəçilik Şurasının sədri, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin şəxsi təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi ilə bu istiqamətdə aparılan çoxsaylı işlər, həyata keçirilən layihələr də dövlətin bu prioritet siyasətinin reallaşmasına böyük töhfələr verir. Bu layihələrdən biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən həyata keçirilən “Azərbaycan multikulturalizminə səyahət” layihəsidir.
BBMM-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanda müxtəlif dinə mənsub fərqli etnik qrupların, xalqların əsrlərdir dinc, yanaşı yaşaması faktı bütün dünyanın diqqətini ölkəmizə yönəldib. Sözügedən layihə sayəsində müxtəlif xalqların, fərqli dinlərin nümayəndələri bu faktı öz gözləri ilə görüb inanmaq, Azərbaycan multikulturalizmi fenomeni ilə əyani tanış olmaq imkanı əldə edirlər.
“Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində bu dəfə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyətinin oktyabrın 30-dan noyabrın 4-dək planlaşdırılan səfəri də bu məqsədi daşıyır. Bu səfər həm də cari ilin fevralında Azərbaycan nümayəndə heyətinin Los-Ancelesdə yaşayan Sinay məbədinin yəhudiləri ilə görüşünün məntiqi davamı sayıla bilər. Həmin nümayəndə heyətinin tərkibində təmsil olunan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev həmişə çıxışlarında vurğulayır ki, 2000 il ərzində dağ yəhudilərinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadığı haqqında çox az adam məlumatlıdır: “Azərbaycan xalqı və hökuməti digər yəhudi icmaları kimi dağ yəhudi icmasına də həmişə dəstək verib. Hazırda Bakıda üç sinaqoq və bir yəhudi məktəbi fəaliyyət göstərir. Dünyəvi müsəlman ölkəsi olan Azərbaycan ilə İsrail müttəfiq dövlətlərdir və burada yaşayan yəhudilər öz dini inanclarına azad şəkildə etiqad edirlər. Biz azərbaycanlı müsəlman bacı-qardaşlarımız ilə birgə yaşayır və işləyirik. Azərbaycan öz tolerantlığı ilə dünyada nümunəvi ölkədir. Hazırda dünyanın müxtəlif ölkələrində yəhudilər, müsəlmanlar və xristianlar arasında qarşıdurma mövcud olduğu halda, Azərbaycan bütün bu stereotipləri dağıdıb. Azərbaycan nümunəsi müxtəlif dinlərə mənsub olan xalqların bir yerdə, sülh şəraitində yaşaya biləcəyini göstərir. Yəhudi icmasının Azərbaycanda mövcudluğu yuxu kimi görünür. Təsəvvür edin ki, müsəlman dövlətində milyonlarla dollar hesabına sinaqoq inşa edilir və burada bir yəhudi böyük müharibə qəhrəmanı kimi yad edilir. Bu, Azərbaycan reallığıdır”.
2015-ci ilin fevralında ABŞ-a səfər zamanı Sinay məbədinin rəhbərliyi Azərbaycanın dağ yəhudiləri icmasına Sefer Tora (Tövrat nüsxəsi) bağışlayıb.
“Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində reallaşacaq səfərin çox zəngin proqramı var. Sinay məbədinin çoxsaylı nümayəndə heyəti oktyabrın 30-da və 31-də Dağ Yəhudiləri və Avropa Yəhudiləri sinaqoqlarında Bakıdakı yəhudi icması ilə birgə Şabat ibadətini həyata keçirəcəklər.
Oktyabrın 31-də qonaqlar İçərişəhərlə tanış olacaq və Avropa Yəhudiləri Sinaqoqunda toplaşacaqlar. Sinaqoqda Şabatın yekunlaşdırılması- Havdallah mərasimi olacaq.
Noyabrın 1-də səhər saatlarında Dağ Yəhudiləri Sinaqoqunda Tövratın təqdim olunması mərasimi keçiriləcək. Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanacaq. Qubada qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini, Soyqırımı Memorialını ziyarət edəcək. Nümayəndə heyətinin Qubadakı Qırmızı Qəsəbəyə səfəri, həmçinin burada Dağ Yəhudiləri İcması ilə görüşü, Yəhudi məktəbinə və sinaqoquna ziyarəti planlaşdırılıb.
Noyabrın 2-də Fəxri xiyaban və Şəhidlər xiyabanının ziyarətindən sonra BBMM-də millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev ilə görüş keçiriləcək.
Səfərin sonrakı günlərində nümayəndə heyətinin xarici işlər naziri Elmar Məmmədyarov, İsrailin Azərbaycandakı səfiri Dan Stav, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə, Qafqaz Müsəlmanların İdarəsində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini konfessiyaların, eləcə də Dünya Yəhudilərinə Humanitar Dəstək Təşkilatı və Yəhudi Agentliyinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Sinay məbədinin nümayəndə heyətinin üzvləri ölkəmizin çoxəsrlik həyat tərzi olan multikulturalizm, tolerantlıq ənənəsi ilə əyani tanışlıqdan sonra Azərbaycanın bu böyük dəyərinin dünyadakı növbəti təbliğatçılarına çevriləcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info