Cavanşir Feyziyevin təbliğat kampaniyası başa çatdı
Tarix: 30.10.2015 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


115 saylı Seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyevin seçki öncəsi son görüşləri Kiş qəsəbəsində və Şəki şəhərində olub. Hər iki məntəqədə görüşlərə qatılmış yüzlərlə seçici deputatın son 5 il ərzində fəaliyyətinə dair hesabatı dinləyib.
Daha sonra çıxış edən vəkillər Baba Yusifov, Rafik Rəsulov, Nağdalı Balaşov və başqaları deputatın keçən 5 ildəki fəaliyyətini təhlil edərək seçiciləri növbəti dəfə ona səs verməyə dəvət ediblər.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd son 5 il ərzində ölkənin iqtisadi-sosial və siyasi həyatında baş verən mühüm hadisələrdən və əldə olunan nailiyyətlərdən danışıb, onları parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Bununla da Cavanşir Feyziyevin seçki kampaniyası ərzində aparılan təbliğat-təşviqat tədbirləri çərçivəsində nəzərdə tutulan seçicilərlə görüşləri başa çatıb. Bütövlükdə, təbliğat kampaniyası üçün qanunla nəzərdə tutulmuş müddət ərzində Cavanşir Feyziyev 115 saylı seçki dairəsi ərazisində yerləşən 33 kənd, 1 qəsəbə və Şəki şəhərinin 9 məhəlləsində yaşayan seçicilərlə görüşlər keçirib. Bütün görüşlər seçicilərin yüksək fəallığı şəraitində baş tutub.
Toplantılarda çıxış edən seçicilər deputatın son 5 ildəki fəaliyyətindən razı qaldıqlarını və qarşıdan gələn 1 noyabr Parlament seçkilərində də növbəti dəfə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info