Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub
Tarix: 30.10.2015 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Türkiyə Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbriki oxunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Dövlət müstəqilliyi hər bir xalqın qazandığı ən böyük tarixi nailiyyətdir. 92 il bundan əvvəl qəhrəman türk xalqı da milli istiqlal mübarizəsi apararaq dövlət müstəqilliyini elan etmişdir.
Ali Məclisin Sədri müstəqillik bayramı – Cümhuriyyət elan edilməsi münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib, inkişaf və tərəqqi arzulayıb.
Qeyd olunub ki, Azərbaycan-Türkiyə əlaqələrinin qədim tarixi var. Xalqlarımız tarixin ən çətin məqamlarında bir-birinə dəstək olub, soykök, milli və ortaq dəyərlər qardaş ölkələr arasındakı əlaqələrin əsasını təşkil edib. Milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən “bir millətin iki dövləti” səviyyəsinə yüksəldilən əlaqələr bu gün ölkələrimizin strateji tərəfdaşlığı şəraitində davam etdirilir.
Ali Məclisin Sədri möhkəm təməl, birlik və bərabərlik üzərində qurulan ikitərəfli münasibətlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib, çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”.
Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Ərşən çıxış edərək deyib ki, Türkiyə Cümhuriyyəti ötən 92 ildə şərəfli inkişaf yolu keçib. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan milli istiqlal mübarizəsinin nəticəsində yaranan Türkiyə Respublikası bu gün regionda və dünyada nüfuzlu söz sahibinə çevrilib. Dünyanın 20 böyük ölkəsinin sırasına daxil olan Türkiyə xarici, o cümlədən region ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Bu gün dost və qardaş Azərbaycanla da ikitərəfli əlaqələr uğurla inkişaf etdirilir. Qarşılıqlı inam və etibar ölkələrimiz arasındakı strateji müttəfiqliyi daha da möhkəmləndirir.
Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışan baş konsul bu əlaqələrin ilbəil genişləndirildiyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info