“Azərbaycanda vəziyyət sakit və sabitdir”
Tarix: 30.10.2015 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Rostislav İşenko: “Rusiya KİV-ləri Azərbaycandakı seçkilərə daha böyük diqqət yetirir, nəinki İsveçdə keçirilən seçkilərə”

"Россия сегодня” Beynəlxalq İnformasiya Agentliyinin icmalçısı Rostislav İşenkonun “Seçki-2015.az” saytına müsahibəsi
- Noyabrın 1-də keçirilən parlament seçkilərinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- Hesab edirəm ki, istənilən seçki vacibdir. İlk növbədə ona görə ki, hakimiyyətin legitimliyi - xalq mandatı təsdiqlənir. Əgər ölkədə vəziyyət kifayət qədər sakit və sabitdirsə, düşünmürəm ki, o zaman hazırkı seçkilər haqqında qeyri-adi nəsə demək olar.
- Rusiyanın Azərbaycandakı parlament seçkilərinə artan marağını necə izah etmək olar?
-Aydın görünür ki, Rusiya KİV-ləri Azərbaycandakı seçkilərə daha böyük diqqət yetirir, nəinki İsveçdə keçirilən seçkilərə. Digər tərəfdən, Azərbaycan MDB-nin üzvüdür və postsovet məkanında inteqrasiya layihələrinin potensial iştirakçısıdır. Həmçinin nəzərə almaq lazımdır ki, 24 il əvvəl biz eyni ölkələrdə yaşamışıq.
- İkitərəfli münasibətlər kontekstində Moskvanın seçki sonrası prosesindən gözləntiləri nədir?
- Gözləntilər çox aydın və şəffafdır. Bu gözləntilər seçkilərlə yanaşı, ikitərəfli münasibətlər strategiyasının inkişafına da aiddir. Moskvada hesab edirlər ki, Azərbaycanla dost, qarşılıqlı maraq doğuran dinamik inkişaf davam edəcək.
- Xəzər regionunun siyasi mühitində hansısa dəyişikliklər gözləmək olarmı?
- Xəzər regionunda siyasi mühit kifayət qədər qəlizdir. “Xəzər beşliyi” çərçivəsində müşayiət olunan siyasi və iqtisadi əlaqələr uzunmüddətli danışıqların və kompromislərin nəticəsidir. Hazırki vəziyyətin və ya formatın dəyişəcəyi gözlənilmir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info