Gənclər seçkidə aktiv olmağa çağırıldı
Tarix: 30.10.2015 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyətində rayonun fəal gəncləri ilə görüş keçirildi.
Görüşdə İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, başçının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və rayonun fəal gəncləri iştirak etdilər.
Görüşdə bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gənclər siyasəti artıq öz bəhrəsini verməkdədir. Xarici ölkələrdə təhsil alan gənclərimizin sayının gündən-günə artması, onların bir çox yerli və beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmələri bunun bariz nümunəsidir.
Çıxış edənlər hər bir gənci 2015-ci il noyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırdılar.
Səmimi mühitdə keçən görüş gənclərin çıxışları ilə davam etdirildi. Onlar da öz növbəsində, respublikada aparılan uğurlu gənclər siyasətindən danışdılar və yaradılan yüksək səviyyəli şəraitə görə minnətdarlıqlarını bildirdilər, öz növbələrində fəaliyyətləri ilə dövlətimizin eləcə də, Binəqədi rayonunun nüfuzunu daha da yüksəltməyə söz verdilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info