“Siz tarixə nankor bir adam kimi düşəcəksiniz”
Tarix: 11.02.2013 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Əhməd Qəşəmoğlu Əkrəm Əylisliyə müraciətində sərt danışdı

Xəbər verildiyi kimi, ictimaiyyət Əkrəm Əlislinin antiazərbaycan mövqeyini və azərbaycanlılara qarşı böhtan, iftiralar, təhqir yazmasını sərt qınamaqdadır. İctimaiyyət nümayəndələri birmənalı şəkildə bu məsələyə qarşı öz barışmaz və sərt mövqelərini bildirməkdədirlər. Əkrəm Əylislini sərt qınayan ziyalılardan biri də şair, publisist, sosioloq Əhməd Qəşəmoğludur. Əhməd Qəşəmoğlu öz “Facebook” profilində Əkrəm Əylisliyə müraciətlə belə çıxış edib:

“1.Siz ermənilərin Akulis dediyi kəndin əsl adının "Aq ulus" olduqunu bilmirsinizmi? Və nədən ermənilər sizin fikrinizcə, müqəddəs saydıqları, 12 kilsə tikdikləri o kəndlərinə erməni adı verməmişdilər?
2.Adif bəyin o Ağ ulus kəndində nə işi var idi? Siz bəyəm əla bilmirsiniz ki, əvvəlcə ermənilər Andronikin dəstələri və sair qüvvələrlə Zəngəzuru və Naxşıvanı qılıncdan keçirdikləri, camaatın dalına qaynar samovar bağladığı vaxtda Naxçıvandan Türkiyəyə nümayəndə heyətinə gedib yalvarmışdılar ki, gəlib onları xilas etsinlər. Adif Ağ ulusa gələndən bir az əvvəl sizin o sevimli qaniçənləriniz qonşu kənddə 250 adamı öldürmüşdülər. Adif gəlmişdi ki, sizin ananızın, atanızın təhlükəsizliyini qorusun da!
3. 1989-cu ildə mən də sizinlə eyni vaxtda bu Bakıdaydım. Bəyəm siz bilmirdiniz ki, ermənilərə hücum edənlər yalnız "yerazlar" deyil?
4. Sizcə, bu “yeraz” dediklərinizin 1989-cu ildə Bakıda nə işi vardı və onlar niyə Bakıda idi? Hansı vəziyyətdə gəlmişdilər?
5. Siz daxilən, ruhən erməniləşmisiniz. Bu, öz işinizdir. Amma nədən ziyalı erməniyə yox, provakator erməniyə layiq əsər yazdınız?
6. Siz doğrudanmı nə hoqqa çıxardığınızın fərqində deyilsiniz? Ermənilər “genosid” dedikləri şeyin 100 illiyini, biz Xocalı qətliamının 20 illiyini qeyd etdiyimiz ərəfədə türk dünyasına, pasportunu daşıdığınız xalqa hansı zərbə vurduğunuzu dərk etmirsinizmi?
7. Bir ekspert olaraq 100 faiz əminliklə deyirəm ki, sizin bu əsərciyiniz heç bir zamanın sınağından keçməyəcək və siz tarixə, nankor bir adam kimi düşəcəksiniz.
8. Siz bəyəm hiss etmirsiniz ki, bütün xalqı qəzəbləndirmisiniz? Neçə adam sizin üzünüzdən ürək, baş ağrısı keçirib, təzyiqi qalxıb. Elə hər tərəfə müsahibə verirsiniz ki, mən bu xalqı tanıyıram. Onlar mənə pis olmaz. Təzyiqi mənə dövlət edir. Siz bu xalqı nə sayırsınız ki, belə bir şey yazırsınız?
9.Siz doğrudanmı xalqımızdan utanmırsınız və özünüzün haqlı olduğunuzu israr edirsiniz?
10. Kimə, hansı qüvvəyə arxayınsınızsa, səhv edirsiniz! Nə tarix, nə də mötəbər mükafat sahibləri nankor əsərə özlədiyiniz qiyməti verməz! Nə qazansanız mənəvi olaraq kökləndiyiniz, ruhları ruhunuzdan olan provakator ermənilərdən qazanacaqsınız! Əsl erməni ziyalıları belə sizin səviyyənizə enməz!
11. Bir vaxt sizi sevən adamlar hansı üzlə sizi müdafiə etsinlər?
12. Ailə üzvlərinizin işdən azad edilməsini çoxları təəssüflə qarşılayır. Amma, siz ki gözəl bilirsiniz. Onlar tək öz qabiliyyətlərinə görə yox, sizə olan etimadın hesabına o məqama yüksəlmişdilər. İndi artıq o etimad yoxdur. Onları o məqamda saxlayan dayağı siz baltalamısınız! Şəxsən mən özüm də 1991-1992 ci illər kimi ağır məqamlarda oğlunuz İlyası sizə məhəbbətimə görə işə götürmüşdüm...”.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info