“Azərbaycanla dostluq münasibətlərimiz hər ötən gün daha da möhkəmlənir”
Tarix: 30.10.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Səfir fondun rəhbərliyi ilə görüşüb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurum barədə səfirə məlumat verib. Bilik Fondunun layihələrindən danışan icraçı direktor xarici əlaqələr sahəsində görülən işlərin və perspektivdə nəzərdə tutulan tədbirlərin ümumi mahiyyətini açıqlayıb.
O.Səmədov bildirib ki, Bilik Fondunun dostu olan xarici elm adamları arasında italiyalıların olması Azərbaycan-İtaliya əlaqələrinin genişlənməsinə böyük təkandır.
İtaliyanın səfiri Ciampaolo Kutillo isti və səmimi münasibətə görə Bilik Fonduna minnətdarlığını bildirib. Səfir deyib ki, onun ölkəsi Azərbaycanla dostluq münasibətindədir və bu münasibət hər ötən gün daha da möhkəmlənir.
Bu yaxınlarda İtaliyada dövlət müşaviri, akademik Kamal Abdullayevin müəllifi olduğu "Yarımçıq əlyazma" kitabının yüksək mükafata layiq görüldüyünü xatırladan səfir İtaliya oxucusunun Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib.
Ciampaolo Kutillo Bilik Fondu ilə xüsusən də mədəniyyət sahəsində birgə layihələr həyata keçirməyin vacibliyinə toxunaraq, bir neçə təklif səsləndirib.
Bu təkliflərdən məmnun olduğunu diqqətə çatdıran Bilik Fondunun icraçı direktoru italiyalı alimləri, mədəniyyət adamlarını mütəmadi olaraq layihələrə qoşulmağa dəvət edib. Belə razılığa gəlinib ki, hər iki tərəfin təklifləri paket halında hazırlanıb, müzakirəyə çıxarılsın və yaxın günlərdə birgə geniş fəaliyyət planı müəyyənləşdirilsin.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info