Blatter: “Dünya Çempionatı ABŞ-da keçirilsəydi FİFA-da qalmaqal yaşanmazdı”
Tarix: 30.10.2015 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Vəzifəsindən 90 gün kənarlaşdırılan FİFA prezidenti Yozef Blatter hazırda ali futbol qurumu ətrafında cərəyan edən problemlərin baş vermə məqamlarından danışıb. TASS informasiya agentliyinə müsahibəsində Y. Blatter etiraf edib ki, əgər 2022-ci ildə Dünya Çempionatı ABŞ-da keçirilsəydi onda FİFA-da heç bir qalmaqal yaşanmazdı. O, açıq şəkildə deyib ki, qurum tərəfindən Rusiyada keçirilməsi nəzərdə tutulan DÇ-2018 və ardından ABŞ-da planlaşdırılan DÇ-2022-yə hazırlıq gedib. Lakin sonradan vəziyyət başqa səmtdə inkişaf edib. ABŞ əvəzinə böyük turnirin Qətərdə keçirilmə ideyası sabiq Fransa prezidenti Nikolya Sarkozinin Qətər şahzadəsi ilə görüşündən sonra gündəmə gəlib: “DÇ-2022-nin təşkilatçı ölkələri arasında baş tutan seçki 2010-cu il dekabrın 2-də keçırılıb. Nəticədə Qətər dördüncü turda 14 səslə ev sahibliyi vəsiqəsini əldə etdi. Həmin vaxt ABŞ səkkiz səs toplamışdı. Namizəd olan Koreya Respublikası, Yaponiya və Avstraliya kimi ölkələrin arasından Rusiya DÇ-2018-ə ev sahibliyi etmək hüququ qazandı. Gedişat ondan xəbər verirdi ki, Şərqi Avropanın ardından Birləşmiş Ştatlar da 2022-ə ev sahibliyi edəcək. Nəticədə Rusiyanın ardından ABŞ-da DÇ-nin keçirilməsi dünyadakı iki siyası və əsas güc balansına da tarazlıq gətirəcəkdi”. Blatter deyib ki, həmin ərəfədə sabiq Fransa lideri Nikolya Sarkozı ilə Qətərin hazırkı əmiri Tamim bin Həməd Al Tani arasında keçirilən görüş birdən bütün kartları yerindən oynatdı. Məhz həmin sövdələşmənin ardından N.Sarkozi Mişel Platiniyə Qətəri təklif edib. Blatterin qənaətinə görə, Avropanın vacib dörd səsi həmin vaxt ABŞ-dan Qətərə verildi. Əks təqdirdə Amerika səsvermədə iki xal fərqlə Ərəb ölkəsini üstələyəcəkmiş.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info