“Ermənistan bu günü və gələcəkdə perspektivi olmayan ölkədir”
Tarix: 30.10.2015 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda parlament seçkiləri azad və demokratik keçiriləcək. Bu barədə “Trend”ə “Tool Shed Group”un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Kats deyib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir: "ABŞ anlayır ki, Azərbaycan Birləşmiş Ştatlarının dost adlandıra biləcəyi azsaylı müsəlman ölkələrdən biridir. Amerikalı yəhudilərin tez-tez Azərbaycana gələ bilməsi və burada özlərini tam rahat hiss etməsi faktı öz-özlüyündə çox şeydən xəbər verir".
C.Kats qeyd edib ki, Azərbaycan barədə dezinformasiya yayan erməni diasporu ABŞ və Azərbaycan arasında tez-tez fikirayrılığına səbəb olur: "Erməni diasporu Amerika hakimiyyətini inandırmağa məcbur etmək istəyir ki, Azərbaycan qorxunc müsəlman ölkəsidir".
Ekspert əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində və bütün regionun sabitliyində maraqlıdır, çünki bu hamının xeyrinə olacaq: "Hazırda Ermənistan bu günü və gələcəkdə perspektivi olmayan ölkədir. Dağlıq Qarabağ münaqişəsi nizamlandıqdan sonra Ermənistan Azərbaycan və Türkiyə ilə yanaşı, bütün regional layihələrin hissəsi ola bilər".




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info