“Qərbin Azərbaycanda nüfuzunun aşağı düşməsi mənim üçün heç də təəccüblü deyil”
Tarix: 31.10.2015 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Natalya Krasovskaya: “Azərbaycan heç kimin daxili işlərinə qarışmır, nüfuz və gücündən asılı olmayaraq kiminsə onun işlərinə müdaxilə etməsinə də imkan vermək fikrində deyil”

Psixologiya elmləri namizədi, Rusiya Politoloqlar Cəmiyyətinin üzvü, RF Dövlət Duması yanında Rusiya - Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskayanın “Seçki-2015.az” saytına müsahibəsi:
- Azərbaycanda seçkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz?
- Azərbaycanda seçkiqabağı vəziyyəti sabit dəyərləndirmək olar. Bu hal seçkilərin keçirilməsində çox önəmlidir. Ötən seçkilərlə müqayisədə bu dəfə rekord sayda namizəd qeydiyyatdan keçib, onların sırasında 15 siyasi partiya bloku təmsilçiləri, eləcə də öz namizədliyini fərdi qaydada irəli sürənlər var. Dünyada gedən iqtisadi böhrana baxmayaraq dövlət ölkənin valyuta ehtiyatlarını qoruyub saxlaya bildi və bununla da vətəndaşların hazırkı iqtisadi kursun düzgün olduğuna bir daha inamını artırmış oldu. Bu mənada Azərbaycan xalqının sabitliyə, iqtisadi dayanıqlığa səs verəcəyini düşünürəm.
- Seçkilərlə bağlı proqnozunuz?
- Müxtəlif sorğuların nəticələrinə görə, hakim partiyanın reytinqi 70-80 % arasında dəyişir, ölkə müxalifəti isə lidersiz, dağınıq haldadır. Bu, dövlətin güclü idarəçilik sistemini xarakterizə edir. Azərbaycan istənilən beynəlxalq təzyiqlər qarşısında dayanıqlıq göstərmək iqtidarında olan ölkədir. Qərbli siyasətçilərin seçki hazırlığından narazılığına baxmayaraq, prosesin standartlara uyğun keçməsi ölkənin güclü inkişafından xəbər verir. 36 beynəlxalq təşkilatı təmsil edən 465 müşahidəçi seçkini izləyəcək, onlardan 147 nəfəri MDB ölkələrindəndir. Onların arasında parlament deputatları, seçki üzrə ekspertlər, həmçinin Rusiya MSK-ın rəhbəri Vladimir Çurov da var. Bu qədər müşahidəçinin nəzarəti təbii ki, seçkilərin şəffaflığını və demokratikliyini, nəticələrin isə legitimliyini tam təmin etmək gücündədir.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkini izləməkdən imtina etməsini necə şərh edərdiniz?
- Adını çəkdiyiniz qurum və digərləri Qərbin siyasiləşmiş və öz maraqlarını diqtə etməyə cəhd göstərən bəzi institutların təsiri altındadır. ATƏT-in müvafiq Bürosunun son müəmmalı addımı da bununla bağlıdır, əvvəlcə Azərbaycana misli görünməmiş sayda müşahidəçi göndərmək barədə ultimatum verdilər, amma sonradan bundan imtina etdilər. Tutaq ki, Qərb imtina qərarı ilə sonradan Azərbaycanda demokratiyanın olmadığını demək istəyəcək, əgər onlar seçki prosesini izləməyəcəklərsə, bizə bunu necə sübut edəcəklər?
- Azərbaycanda seçkilər və ya digər əhəmiyyətli tədbirlər öncəsi ölkəyə kənardan təzyiqlər daha da güclənir. Bu, nə ilə bağlıdır?
- Avropalılar daim Azərbaycanı özlərinin tərəfdaşı adlandırırlar. Amma Azərbaycana yanaşmada təəssüf ki, həmişə qərəz, ikili standartlar nümayiş etdirirlər. Buna görə də Qərbin getdikcə Azərbaycanda nüfuzunun aşağı düşməsi mənim üçün heç də təəccüblü deyil. Avropalılar vacib qərarların milli maraqlar zəminində Azərbaycanın məhz özünün qəbul etmək hüququnu hələ də tanımaq, bununla barışmaq istəmirlər. Azərbaycan heç kimin daxili işlərinə qarışmır, nüfuz və gücündən asılı olmayaraq kiminsə onun işlərinə müdaxilə etməsinə də imkan vermək fikrində deyil. Ona görə də Avropa İttifaqı başa düşməlidir ki, Azərbaycanın daxili işlərinə müdaxilə, müxtəlif bəhanələr adı altında təzyiqlər ikitərəfli münasibətlərə xələl gətirə bilər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info