Seçkiləri izləmək üçün 60 mindən çox müşahidəçi qeydiyyatdan keçib
Tarix: 01.11.2015 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan xalqı V çağırış Milli Məclisi formalaşdıracaq. 5 milyon 200 minə qədər seçicinin səsverməsi üçün bütün şərait yaradılıb. Azərbaycanın bütün seçki məntəqələri parlament seçkilərinə tam hazırdır. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, seçkilərdə 767 namizəd iştirak edir:"Hesab edirəm ki, bu, böyük göstəricidir. Seçkiləri izləmək üçün ümumilikdə 60 mindən çox müşahidəçi qeydiyyatdan keçib".
M.Pənahovun sözlərinə görə, şəffaf seçkilərin keçirilməsi üçün çox böyük imkan yaradılıb: "Seçkiləri dünyanın istənilən yerindən müşahidə etmək mümkün olacaq. Seçkiləri izləmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçicilərin səs verməsi üçün ölkədə ictimai-siyasi stabillik mövcuddur. Həm ictimai-siyasi sabitlik, həm də Azərbaycan cəmiyyətinin seçkilərə münasibəti bizə deməyə imkan verir ki, seçkilər şəffaf və azad keçiriləcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info