21 saylı Nəsimi birinci seçki dairəsində səsvermə seçicilərin fəallığı ilə başlanıb
Tarix: 01.11.2015 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


21 saylı Nəsimi birinci seçki dairəsində parlament seçkiləri ilə bağlı səsvermə seçicilərin fəallığı ilə başlanıb. Səhər saat 8.00-da bütün məntəqələr açılıb. Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, istədikləri namizədlərə səs verirlər. Dairədə 29 məntəqə fəaliyyət göstərir. Dairə üzrə seçicilərin ümumi sayı 33 min 520 nəfərdir. Seçkilərin şəffaf və demokratik keçməsi üçün 10 seçki məntəqəsində veb-kamera, həmçinin 3 məntəqədə isə pandus quraşdırılıb. 500-dən çox yerli, 15 nəfərdən çox beynəlxalq müşahidəçi seçkilərin gedişini izləyir.
Dairə üzrə 5 nəfər deputatlığa namizəd qeydə alınıb. Onlardan ikisi siyasi partiyanı təmsil edir, üçü isə müstəqil namizəddir. Məntəqələrdə səsverməni yerli müşahidəçilərlə yanaşı, MDB, Rumıniya, Türkiyə və Malayziya ölkələrindən olan müşahidəçilər də izləyirlər.
Məntəqə açılarkən ilk səs verən vətəndaş 18 yaşlı gənc Emin Seyidli olub.
21 saylı Nəsimi birinci seçki dairəsində 80 yaşından yuxarı 557 nəfər qeydiyyata alınıb, 100 yaşlı sakin yoxdur, 369 nəfər ilk dəfə səs verəcək.
Seçki prosesinin başlanmasından keçən müddətdə heç bir narazılıq və ya şikayət qeydə alınmayıb. Bütün seçicilərə rahat səsvermə şəraiti yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info