29 saylı Səbail seçki dairəsinin məntəqələrində seçici fəallığı müşahidə olunur
Tarix: 01.11.2015 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Bakıdakı 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə səsvermənin ilk saatlarından məntəqələrə axın başlanıb. 29 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov AZƏRTAC-a bildirib ki, 38 min 580 seçicinin qeydiyyatda olduğu dairənin ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 357 nəfəri ilk dəfə səs verir. Əlavə olaraq rayondakı hərbi hissələrdə 2 yeni seçki məntəqəsi da yaradılıb. Məntəqələr bütün zəruri ləvazimatla təchiz olunub.
Şəffaflığın təmin olunması məqsədilə dairə ərazisindəki məntəqələrdə 12 veb-kamera quraşdırılıb.
29 saylı dairə seçki komissiyası tərəfindən qeydiyyata alınmış altı namizəd mübarizə aparır. Dairənin ərazisində mövcud olan məntəqələrdə seçkilər demokratik və şəffaf şəraitdə davam edir. Məntəqələrdə komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Qeyd edilib ki, məntəqələrdə müxtəlif partiyaları və təşəbbüs qruplarını təmsil edən 437 müşahidəçi səsvermənin gedişini izləyir. Həmçinin xarici və yerli kütləvi informasiya vasitələri seçkiləri sərbəst işıqlandırırlar. Məntəqələrin çıxışında isə “exit-poll” keçirilir.
29 saylı Səbail seçki dairəsinin 132-134 nömrəli təhsil kompleksində yaradılan 4, Dənizçilərin Mədəniyyət Evinin binasında yerləşən 3, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı 2, 20-ci yaşayış sahəsindəki “Bayıl” stadionundakı 27 nömrəli məntəqələrdə seçicilərin fəallığı daha çox müşahidə olunur.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info