“Seçkilərdə müasir İKT-dən tam istifadə olunub”
Tarix: 01.11.2015 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


“Seçkilərin müasir standartlara cavab verməsi üçün informasiya-kommunikasiya texnologiyalarından tam istifadə olunub”. Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. O bildirib ki, seçkidə nazirliyin əsas işlərindən biri veb-kamera vasitəsilə müşahidə sisteminin təşkili, Mərkəzi Seçki Komissiyasının xüsusiləşdirilmiş rabitə sisteminin, o cümlədən, rabitə şəbəkəsinin normal hala gətirilməsidir: “Eyni zamanda gün ərzində müəyyən statistik məlumatların ötürülməsi, ən əsası isə seçkidə təbliğatın normal keçməsi üçün internetin daha yaxşı çalışması həyata keçirilib. Ümumilikdə, bütün vasitələrdən istifadə olunur ki, seçkilər müasir standartlara cavab versin”.
Nazir eyni zamanda seçki prosesi ilə bağlı fikirlərini də bildirib: “Seçkilər şəffaf və demokratik şəkildə keçirilir. Fəallıq müşahidə olunur. Burada texniki sistemlərin hamısı normal işləyir. Kameralarla çəkiliş aparılır. Kameralar vasitəsilə seçkiyə gələnlərin sayını, aktivliyini, ümumi ab-havanı izləmək olur. Bu gün Azərbaycana imkanı olmayıb gələ bilməyən müşahidəçilər belə kamera vasitəsilə müşahidə apara bilərlər”.
Qeyd edək ki, Ə. Abbasov da səsvermə hüququndan istifadə edərək seçkilərdə səs verib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info