Astarada seçkilər demokratik və mütəşəkkil keçirilir.
Tarix: 01.11.2015 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Rayon üzrə 76 saylı Lənkəran-Astara və 77 saylı Astara seçki dairələri fəaliyyət göstərir. Ümumilikdə 70 seçki məntəqəsində Milli Məclisə seçkilərə nümunəvi hazırlıq görülüb. Biz 1 noyabr 2015-ci il tarixdə keçirilən Milli Məclisə seçkilərlə əlaqədar yerlərdə seçkilərin gedişi ilə maraqlananda hər yerdə mütəşəkkilliyin və seçici fəallığının şahidi olduq.
77 saylı Astara seçki dairəsi üzrə şəhər 3 saylı seçki məntəqəsində olarkən burada sözün həqiqi mənasında qələbəlik vardı. Günlərdir fasilə vermədən yağan güclü yağışların törətdiyi çətinliklərə baxmayaraq seçkilərin fəallığı aşkar hiss olunurdu. Məntəqə sədri Rasim Cəfərov qeyd etdi ki, qeydə alınmış 1387 seçicinin hər biri ilə əvvəlcədən seçki məcəlləsinə uyğun olaraq geniş izahat və maarifləndirmə işi aparmışıq. İlk dəfə səs verənlər, səs verə bilmək imkanı olmayan əlil və xəstələrin sayı dəqiqləşdirilib. Artıq səsvermə yüksək mütəşəkkilliklkə davam etdirilir.
Qarabağ müharibəsi veteranı, keçmiş hərbiçi Alıməmməd Bayramov söhbət zamanı bildirdi ki, əvvəlki illərdə olduğu kimi bu gün də seçkilər tam obyektiv və ədalətli şəkildə keçirilir. Burada müxtəlif partiyaları təmsil edən müşahidəçilər iştirak edirlər. Hər biri şahiddir ki, seçkilər normal və mütəşəkkil, heç bir qanun pozuntusu olmadan aparılır.
Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən müşahidəçi Ramiz Musayev burada yaradılan şəraitdən razılığını bildirdi. Qeyd etdi ki, hava əlverişsiz olsa da fəallıq hiss olunur. Mən səhər saat 8:00-dan seçkini izləyirəm. Bütün işlər qanunauyğun təşkil olunub.
Rayonun Suparibağ, Səncərədi, Artupa, Ərçivan, Kijəbə və digər yaşayış məntəqələrində də seçkilər tam mütəşəkkil surətdə davam etdirilir.
Bu gün keçirilən seçkilərin gedişini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də yaxından izləyirlər. Beynəlxalq müşahidəçi Nurbul Nadjmadinov Astara rayonunda seçkilərin qanunauyğun və normal təşkil edildiyini vurğuladı.
Şəhər 1 saylı seçik məntəqəsində qutuların kilidlənməsindən tutmuş digər prosedur qaydalarını yaxından izləyən beynəlxalq müşahidəçi seçkilərin hazırlığından məmnun qaldığını diqqətə çatdırdı.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin (“Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə) əməkdaşları da rayon ərazisində “exit-poll” keçirirlər.
Rayonumuzun tanınmış ağsaqqallarından Həsən İbrahimov, Heybət Hüseynov müharibə veteranları şurasının sədri Rafiq Əliyev və başqaları səsvermədə iştirak etdiklərini və ən layiqli namizədə səs verdiklərini bildirdilər.
Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən müşahidəçi Arzu Əsgərova, Böyük Quruluş Partiyasını təmsil edən müşahidəçi Ruhiyyə Qulamova, Cahid Sadıxov və başqaları söhbət zamanı məntəqələrdə bütün partiyalara bərabər şərait yaradıldığını, səsvermənin qanunauyğun keçirildiyini diqqətə çatdırdılar.
Seçicilərdən Şarif Muradov, Tarifə Hüseynova, Rəşad Əliyev, Afət Əkbərov, İzzət Sultanov və onlarla başqaları səsvermənin gedişindən razılıq etdilər.
Şəhər 3 saylı seçki məntəqəsində ilk dəfə səs verən Fatimə Elşad qızı öz həyəcanını gizlədə bilməyərək ən layiqli namizədə etimad göstərdiyini bildirdi.
Bəli, Astarada günlərdir yağan yağışlar səsvermənin fəal və mütəşəkkil keçirilməsinə qətiyyən maneçilik yarada bilmir. Hazırda, rayonun bütün yaşayış məntəqələrində səsvermə mütəşəkkilliklə davam etdirilir.
AZƏR ABDULLAYEV
Astara qəzetinin baş redaktoru




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info