Astaralı seçicilər fəallıq nümayiş etdirirlər
Tarix: 01.11.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Milli Məclisə keçirilən növbəti seçkilərdə astaralı seçicilər fəallıq nümayiş etdirirlər.
AZƏRTAC xəbər verir ki, yağmurlu hava şəraitinə baxmayaraq, rayon sakinləri seçki məntəqələrinə gələrək layiq bildikləri deputatlığa namizədə səs verirlər.
Astara Rayon Mədəniyyət Mərkəzində yerləşən 77 saylı Astara seçki dairəsinin 1 nömrəli seçki məntəqəsində olarkən bunun bir daha şahidi olduq.
Seçki məntəqəsində ilk səs verənlərdən biri, şəhər sakini, rayon ağsaqqallar şurasının sədri, 80 yaşlı Hamlet Əliyevdən səsvermənin gedişini öyrəndik. O bildirdi ki, məntəqədə seçkilər azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirilir.
Məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanovun verdiyi məlumata görə, məntəqədə 1416 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 17 nəfəri ilk dəfə səs verənlərdir.
Seçki məntəqəsində veb-kameranın quraşdırıldığını deyən H.Ramazanov seçkilərin gedişini 15 yerli müşahidəçinin, o cümlədən MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının təmsilçisi Norbol Nadjimadinovun izlədiyini diqqətə çatdırdı.
Seçki məntəqəsində saat 11.30-a olan məlumata görə, səsvermədə 406 nəfər iştirak edib. Bu, seçicilərin 27 faizini təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info