Mətbuat Şurası: “Jurnalistlərin seçkini işıqlandırmasında maneə qeydə alınmayıb”
Tarix: 01.11.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Parlament seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə müraciət daxil olmayıb. Bu barədə şuradan daxil olan məlumatda deyilir.
Bildirilir ki, saat 11:00-dan 14:00-dək olan müddətdə parlament seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə müraciət daxil olmayıb. Paytaxtda və ölkəmizin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.
Monitorinq qrupunda təmsil olunan MŞ-nin İdarə Heyətinin üzvlərindən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 11 saylı Qaradağ, 10 saylı Binəqədi III, 16 saylı Yasamal II, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı 28 saylı Sabunçu III, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli 22 saylı Nəsimi II, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 35 saylı Xətai III, 19 saylı Nərimanov I və 20 saylı Nərimanov II, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl 8 saylı Binəqədi I və 9 saylı Binəqədi II seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Bundan başqa Şuraya üzv olan bölgə kütləvi informasiya vasitələrinin əməkdaşları da monitorinqdə iştirak ediblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını, hər hansı maneənin qeydə alınmadığını vurğulayıblar.
Azərbaycan Mətbuat Şurasının Şurasının (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq «qaynar xətt» rejimində fəaliyyətdədir. Saat 08.00-dan 14.00-dək “qaynar xətt”ə cəmi 1 jurnalist tərəfindən müraciət daxil olub. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının köməkliyi ilə “Report” İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin edilib, yaranmış anlaşılmazlıq aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə bəzi deputatlığa namizədlərin seçki qərargahlarından müraciətlər daxil olub. Müraciət müəllifləri mübarizə apardıqları dairədəki digər namizədlərin müxtəlif media vasitələrindən yararlanaraq təbliğat və əks-təbliğat işləri apardıqlarını vurğulayıblar. Bu baxımdan eyni dairə ərazisindəki seçki məntəqələrində bir internet informasiya resursunun çoxsaylı əməkdaşının mövcudluğuna, onların seçicilərlə təmaslarda media mənsubu kimi deyil, namizədin tərəfdarı olaraq davranmalarına dair məqamlar qabardılıb. Müraciətlərdə həmçinin ayrı-ayrı saytların materiallarında yol verildiyi iddia edilən qanun pozuntusunun konkret namizədin (ad çəkilməklə) xeyrinə aparıldığının bildirilməsi də narazılıq doğurub.
Mətbuat Şurası jurnalistləri parlament seçkilərində ədalətli rəqabətə maneçilik törədən fəaliyyətdən uzaq durmağa, tərəfsiz mövqedən çıxış etməyə çağırır. Qurum bildirir ki, jurnalistikanın hazırkı işi ölkə ictimaiyyətini seçkinin gedişi ilə bağlı obyektiv və qərəzsiz məlumatlandırmaqdan ibarətdir. Mövcud xüsusda diqqət və riayət edilməli başlıca məqam media fəaliyyətinin Azərbaycan Respublikasının seçki qanunvericiliyində, habelə digər rəsmi sənədlərdə əksini tapmış müddəaları və «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsipləridir.
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.
Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit poll” keçirir.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info