Türkiyəli müşahidəçilər: “Seçkilər Avropa standartlarına uyğun keçirilir”
Tarix: 01.11.2015 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Sumqayıtda dörd seçki dairəsini əhatə edən bir neçə məntəqədə Azərbaycan parlamentinə keçirilən seçkiləri izlədik. Seçkilərə hazırlıq səviyyəsindən, seçicilərin fəallığından razı qaldıq. Məntəqələrdə siyasi prosesi azad şəkildə izləmək məqsədilə müşahidəçilər üçün xüsusi yerlər ayrılıb. Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyi öyrənmək üçün “exit-poll”-dan geniş istifadə edilir.
Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətinin üzvləri İlhan Aküzüm, Engin Köklüçınar və Cengiz Güldamlası bildiriblər.
“Bizim vəqfin nümayəndələri Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində hər zaman yaxından iştirak edirlər. Bu dəfə də seçkilərin milli qanunvericiliyə və beynəlxalq demokratik standartlara uyğun olaraq keçirildiyi qənaətinə gəldik. Azərbaycanda keçirilən seçkilər Avropa standartlarına uyğundur. Vətəndaş məmnunluğu, ölkənin inkişafı xoş təəssürat yaradır. Azərbaycanda gördüklərimizdən qürur duyduq”, - deyə nümayəndə heyətinin üzvləri bildirdilər.
Türkiyəli müşahidəçilər dedilər ki, Azərbaycan sürətlə inkişaf edir. Bir ildə bir neçə ilin işi görülür. Seçki məntəqələrinə gələn insanların çöhrəsində sevinc və razılıq hiss olunur.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info