Ermənilərin 59 faizi Rusiyaya birləşmənin tərəfdarıdırlar
Tarix: 01.11.2015 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Xaricdən Ermənistana pul köçürmələri 2 dəfə azalıb

Ermənistan KİV-lərinin verdiyi məlumatlara görə, son dövrlər xarici ölkələrdən Ermənistandakı fiziki şəxslərə pul köçürmələrinin həcmi xeyli azalıb. Belə ki, bu ilin sentyabr ayının göstəricilərinə görə, ölkəyə xaricdən pul göndərmələri 78. 7 milyon dollar təşkil edib. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 1.8 dəfə azdır. Qeyd edilməlidir ki, bu, son 8-9 ilin ən aşağı göstəricisidir. Hətta 2008-2009-cu böhran illərində də, belə aşağı səviyyəli pul köçürmələri qeydə alınmamışdı. O da qeyd edilməlidir ki, bu ilin əvvəlki 9 ayı ərzində də ölkəyə xaricdən daxil olan pul köcürmələri əvvəlki illərin həmin dövrü ilə müqayisədə 407 milyon və ya 38 faiz azalıb.
Fakt budur ki, əslində Ermənistan iqtisadiyyatının və istehlakçı tələbatının səviyyəsi əsasən, ölkəyə göndərilən özəl transfertlərin həcmində asılıdır. Belə ki, bu transfertlərin həcmi demək olar ki, Ermənistanın dövlət büdcəsinin həcminə çatır. «Aykakan jamanak» nəşrinin verdiyi məlumata görə, Ermənistana daxil olan pul köçürmələrinin əsas hissəsi Rusiyadan gəlir.
Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin ötən altı ayı ərzində ölkə sənayesinin inkişafında heç bir artım olmadığı dünyada baş verən qlobal maliyyə böhranı ilə əlaqələndirsələr də, bunu son 4 il ərzində ölkədə aparılan uğursuz iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirənlər də var. Doğrudan da, ölkədə gülməli vəziyyət yaşanır. Belə ki, “1in.am” saytı yazır ki, ölkədəki hər üç nəfərdən birinin səfalət içində, hətta özünü gündəlik çörəklə təmin edə bilmədiyi halda, dövlət rəhbərliyi ölkədə yeni iş yerlərinin yaradılmasının uğurları barədə yalan ümidlər verməkdədir. Əslində isə hökümət bütün heyətlə prezident Sarkisyanın konstitusiyada islahatların keçirilməsi barədə layihəsinə «bəli» cavabını almaq üzərində işləyir. Qeyd edilməlidir ki, Sarkisyanın həyata keçirməyə çalışdığı konstitusiya islahatları ölkənin idarəçiliyini öz əlində cəmləmək məqsədilə düşünülmüş bir plandır.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, "Integration Barometri" sosial araşdırma proqramı ölkədə rəy sorğusu keçirib. Rəy sorğusuna qatılan ölkə əhalisinin 58.9 faizi Ermənistanın Rusiya ilə birləşməsinin lehinə səs veriblər. Bu barədə mətbuat konfransında Ermənistan Marketing Assosiasiyasının prezidenti Aram Navasardyan məlumat verib. Onun sözlərinə görə, rəyi soruşulanların 28.1 faizi isə Ermənistanın heç bir dövlətlə birləşməməsinin tərəfdarı kimi çıxış ediblər. Maraqlı cəhətlərdən biri də budur ki, rəyi soruşulan respondentlərdən 1.3 faizi Gürcüstanla, 1 faizi Belorusla və hətta Qazaxıstan, Qırğızıstan, Moldova, Türkmənistan, Tacikistanla da birləşməyin tərəfdarları kimi çıxış edənlər olub. Ermənistana dost olan ölkələr sırasında isə ABŞ (9%), Almaniya (7%), Ukrayna (5%), Belarus (5%) və bunlardan az səslə Qazaxıstan, Çin və Hindistan kimi ölkələr göstərilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info