“ELS”: “Exit-poll“ normal rejimdə davam edir”
Tarix: 01.11.2015 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin noyabrın 1-də parlament seçkilərilə bağlı keçirdiyi “exit-poll” tədqiqatları normal rejimdə davam edir. Bu barədə Seçki-2015.az saytına açıqlamasında mərkəzin rəhbəri İradə Yaqubova məlumat verib. İ.Yaqubova bildirib ki, Mərkəzin təcrübəli əməkdaşları 118 dairə üzrə 1180 məntəqədə exit-poll tədqiqatı aparır: "Səhər saat 8-dən bizim əməkdaşlarımız seçki məntəqələrinin çıxışlarında işləyirlər. Biz artıq 2 dəfə məlumat açıqlamışıq".
Mərkəz rəhbərinin sözlərinə görə, sorğu zamanı ciddi problem aşkarlanmayıb: "Havanın yağmurlu olmasına baxmayaraq, seçicilər “exit-poll” sorğusunda fəal iştirak edirlər. Bu seçkiləri əvvəlkilərdən fərqləndirən könüllülərin çox olmasıdır".
"Exit-poll" sorğusunun nəticələri seçki başa çatdıqdan yarım saat sonra - saat 19:30-da açıqlanacaq. Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir. Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit poll” keçirir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info