“ATƏT DTİHB neçə illərdir ki, Azərbaycandakı seçkilərlə bağlı qərəzli çıxış edir” (Yenilənib)
Tarix: 02.11.2015 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


“Hesab edirəm ki, Milli Məclisə seçkiləri izləmək üçün Azərbaycana kifayət qədər müşahidəçi gəlib”. “Secki-2015.az” saytı məlumat verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda seçkiləri 500-ə yaxın xarici müşahidəçi, o cümlədən ölkə daxilindəki partiyaların müşahidəçiləri izləyirlər. Əli Həsənov deyib: “Bu gün axşama qədər müşahidələr aparılacaq. Əminəm ki, seçkidə ciddi qanun pozuntusu olmayacaq. Əlbəttə, heç bir seçki bu və ya digər neqativ hallardan sığortalanmayıb. Hər bir dövlət və onun seçki institutları çalışır ki, seçkilər maksimum şəffaf, ədalətli, qanunlar və Seçki Məcəlləsinin tələbləri çərçivəsində keçirilsin. Düşünürəm ki, buna da nail olacağıq. Seçiləcək deputatlar parlament ənənələrimizi davam etdirəcəklər. Azərbaycan dövləti və dövlətçiliyi getdikcə daha da möhkəmlənəcək, parlament də bu prosesdə öz rolunu oynayacaq”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərə müşahidə missiyası göndərməməsi ilə bağlı sualı cavablandıran Prezident köməkçisi bildirib: “Ölkəmizdə seçkinin legitimliyini Azərbaycan vətəndaşları müəyyən edir. Əgər Azərbaycan seçiciləri azad və demokratik şəkildə, heç bir kənar təsir olmadan öz seçici iradələrini ifadə edə bilirlərsə və onların ifadə etdiyi iradə mövcud qanunlar çərçivəsində reallaşdırılırsa, Azərbaycan xalqının da inamını qazanırsa, bizim üçün legitimlik ölçüsü budur. Bu və ya digər beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkiyə verdiyi rəyə gəlincə, əlbəttə, bu da müəyyən əhəmiyyət kəsb edir. Çünki biz beynəlxalq tərəfdaşlarımızla müəyyən məsələlərdə ortaq dəyərlər axtarırıq, istəyirik ki, onlar da seçkiləri müşahidə etsinlər. Azərbaycanda kifayət qədər müşahidəçilər var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun fəaliyyətinə gəlincə, bu Büro neçə illərdir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı həmişə qərəzli mövqedən çıxış edir. Bu dəfə də Azərbaycan hökuməti ilə onlar arasında seçki müşahidəsinin metodologiyası arasında yaranan ayrı-seçkilik ona gətirib çıxardı ki, bu təşkilat öz iddialarından geri çəkilmədi və müşahidə missiyasından imtina etdi. Özləri bilər. Azərbaycan kimi kiçik dövlətə 600-700 müşahidəçi ilə gəlmək onların qərəzli münasibətindən irəli gəlir. Türkiyə kimi 80 milyonluq əhalisi olan böyük dövlətlərdə 100-150 nəfərlə müşahidə aparırlar. Amma cəmi 5 milyon seçicisi, 10 milyona yaxın əhalisi olan Azərbaycana bunların 600-700 nəfərlə gəlmək istəyi bizim üçün anlaşılmazdır. Əvvəla, bu, kifayət qədər maddi problemlər yaradır. Digər tərəfdən onların yerləşdirilməsi və başqa məsələlər var. Biz düşünürük ki, demokratik seçkini müşahidə etmək üçün heç müşahidəçilərin sayı önəmli rol oynamır. Burada yaradılmış şərait, seçicilərin səsvermə razılığı və seçki monitorinqini aparan qrupların məsələyə münasibəti əsasdır. Odur ki, biz düşünürük ki, bu institutun Azərbaycana gəlməməsinin ölkəmizdə seçkilərin demokratikliyi və ya qeyri-demokratikliyinə heç bir bağlılığı yoxdur. Bunlar sadəcə olaraq öz subyektiv mülahizələri çərçivəsində bu addımı atıblar. Azərbaycan beynəlxalq təşkilatlarla əlaqə qurur, onlarla tərəfdaşlıq münasibəti yaradır. İstəyirik ki, xalqımızın iradəsini onlar da görsünlər, Azərbaycan xalqının əldə etdiyi dəyərlərə, demokratik seçki nailiyyətlərinə hörmətlə yanaşsınlar. Əgər onlar məsələlərə hörmətlə yanaşmırlarsa, biz də adekvat münasibət göstərəcəyik”.
İ.Ağayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info