Seçkilər demokratik və şəffaf keçirildi
Tarix: 02.11.2015 | Saat: 05:52:00 | E-mail | Çapa göndər


Dünən səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilərə start verilib. Parlament seçkiləri 125 seçki dairəsi üzrə 5547 məntəqədə keçirilib. Məntəqələrdə 5 milyon 200 minə yaxın seçicinin səs verməsi üçün hər cür şərait yaradılmışdı. 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb.
Bu da hər dairəyə 6-dan çox namizəd deməkdir. Dairələr üzrə ən az 3, ən çox isə 12 namizəd olub. Seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edib. Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilmişdi. Məntəqələrə 5 milyon 344 min 431 seçki bülleteni paylanmışdı. Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanıb. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdirilib. Min məntəqədə veb-kamera quraşdırılıb. MSK-nın internet saytına girən şəxs həmin məntəqələrdə canlı müşahidə apara bilib. Seçkiləri izləmək üçün 503 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi. Onlar 40-a yaxın nüfuzlu beynəlxalq qurumun nümayəndələridir.Yerli müşahidəçilərin sayı isə 66 min olub. KİV nümayəndələri nəzərə alınmadan təxminən hər məntəqəyə 11 yerli müşahidəçi düşüb. Bundan başqa, bir neçə təşkilat seçkilərdə “exit-poll” keçirib. Onlardan dördü yerli, ikisi isə ABŞ və Fransadan olan təşkilatlar olub Parlament seçkilərini 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsi izləyib.
Milli Məclisə keçirilən seçkilərin gedişi ilə bağlı gün ərzində rəsmi məlumatlar açıqlanıb. “Seçkilər” İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında qurumun direktoru Rüfət Gülməmmədov bildirib ki, saat 10.00-a olan məlumata görə, seçicilərin 667 min 732-si səs verib. Bu isə 12,8 faiz seçici fəallığı deməkdir. Saat 15.00-a olan məlumata görə, respublika üzrə 2 milyon 230 min 750 seçici səs verib. “Rüfət Gülməmmədov bildirib ki, ölkə üzrə seçici fəallığı 42,9 faizdir. Saat 17:00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 2 milyon 605 min 948 nəfəri səs verib. Bu isə 50,1 faiz seçici fəallığı deməkdir. Milli Məclisə seçkilər saat 19.00-da başa çatıb. Rüfət Gülməmmədov bildirib ki respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub. R. Gülmməmmədov qeyd edib ki, Naxçıvanda 7 seçki dairəsi üzrə seçici fəallığı 76,4 faiz, Bakıdakı dairələr üzrə seçici fəallığı 51,4 faiz, digər 89 rayon üzrə seçici fəallığı 55,7 faiz olub. V çağırışda keçirilən seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığı qeydə alınan seçki dairələri açıqlanıb. Rüfət Gülməmmədov bildirib ki, ən yüksək seçici fəallığı 14 saylı Xəzər Seçki Dairəsində (81,2 faiz) qeydə alınıb. Ən aşağı seçici fəallığı 30 saylı Suraxanı Birinci Seçki Dairəsində (36,1 faiz) müşahidə olunub.

“Seçkilərin azad
və şəffaf keçirilməsi
təmin edilib”

Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib ki, Milli Məclisə keçirilən seçkilərdə seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı bir müraciət daxil olmayıb. N.Məmmədov bildirib ki, seçicilər seçkilərdə aktiv iştirak ediblər. Onun sözlərinə görə, seçkiləri baş tutmuş hesab etmək olar: "Seçkilərin azad və şəffaf keçirilməsi təmin edilib". N.Məmmədov bildirib ki, daxil olan müraciətlərin hamısı sorğu xarakterli olub. N.Məmmədov əlavə edib ki, beynəlxalq müşahidəçilər də seçki prosesindən razı qalıblar. Onun sözlərinə görə, veb-kameralar vasitəsilə də hər hansı bir pozuntu qeydə alınmayıb.

Məzahir Pənahov parlament seçkilərinin ilkin nəticələrini
açıqlayıb

Qeyd edək ki, gecə 01:20 radələrində mətbuat konfransı keçirən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə 5547 seçki məntəqəsindən 5056 seçki məntəqəsi hesabat verib. Beləliklə, 5056 protokol daxil olub, 2 milyon 692 min 978 bülleten sayılıb. M. Pənahov bundan əvvəl keçirilən parlament seçkiləri ilə müqayisədə səs verən seçicilərin sayının 6 faiz çox olduğunu bildirib: “Veb-kameralar arası kəsilmədən görüntüləri təqdim edib. Nəticə o oldu ki, MSK-ya 150-yə yaxın sorğu xarakterli müraciət edilib, hər hansı şikayət daxil olmayıb. Xoşagəlməz hallarla bağlı təbii ki, hansısa müraciətlər daxil olacaq və həmin müraciətlərə də baxacağıq. İlkin nəticələr məntəqələrin 91 faizinə əsaslanır”. Daha sonra M.Pənahov parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info