QDİƏT müşahidəçiləri seçkiyə yüksək qiymət veriblər
Tarix: 02.11.2015 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) nümayəndələri Azərbaycanda parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.
Təşkilatın baş katibi Asəf Hacıyev bildirib ki, seçkilər demokratik keçirilib. O deyib ki, bu nəticələr təkcə hakim Yeni Azərbaycan Partiyasının deyil, bütün siyasi təşkilatların uğurudur.
Yunanıstan parlamentinin üzvü Symeon Kedikoglou isə seçkilər ərəfəsində siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirdiklərini söyləyib: "Apardığımız müşahidələr onu göstərir ki, seçki hər hansı pozuntu olmadan keçirilib. Bütün hallarda seçkilərin maraqlı keçdiyini və seçici fəallığını müşahidə etdik. Hesab edirik ki, seçkilərdə hər hansı ekstremal şərait yaranmayıb”.
Bolqarıstan parlamentinin üzvü Peter Kanev seçkilərin yüksək səviyyədə keçirildiyini vurğulayıb. O, Azərbaycanın sabit və inkişaf edən ölkə olduğunu deyib: "Azərbaycana 10 ildir ki, gəlirəm və bu ölkədə baş verən dəyişikliklərin şahidi oluram. Düşünürəm ki, seçkilər Avropa standartlarına uyğun keçirilib".
Serbiya parlamentinin vitse-spikeri İqor Becic isə çoxlu sayda seçki məntəqəsində olduğunu və hər hansı seçki pozuntusu ilə qarşılaşmadığını qeyd edib: "Bu baxımdan deyə bilərəm ki, təşkilatçılıq çox yaxşı idi. Azərbaycanda demokratik proseslər baş verir. Mən demokratik seçkilərlə əlaqədar Azərbaycan xalqını təbrik edirəm".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info