“Azərbaycan demokratik dəyərlərin qorunduğu bir ölkədir”
Tarix: 02.11.2015 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Parlament seçkilərini izləmək üçün ölkəmizə gələn Rusiya müşahidə missiyasının üzvləri mətbuata açıqlama ilə çıxış ediblər. Rusiya İctimai Palatasının üzvü, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, müşahidə zamanı hər hansı qanun pozuntusu qeydə alınmayıb, səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib.
S.Markov bəzi qərb dairələrinin prosesə ikili standartlardan yanaşmasının qəbuledilməz olduğunu vurğulayıb.
“Həmin dairələr bir müddət əvvəl Rusiyanın əleyhinə də eyni mövqedən çıxış etmişdilər. Azərbaycan demokratik dəyərlərin qorunduğu bir ölkədir. Ölkələrimiz arasında çox yaxşı dostluq və əməkdaşlıq əlaqələri mövcuddur”,- deyə o bildirib.
Rusiya Dövlət Dumasının deputatı Aleksandr Sidyakin isə bildirib ki, Azərbaycanda seçkilər insidentsiz başa çatıb: “Seçkilər sakit keçdi. Bu, Bakiya ilk səfərimdir. Azərbaycan yaxşı mənada məni təəccübləndirdi”.
Rusiya Hüquqşünaslar Assosiasiyasının Rəyasət Heyətinin üzvü, İctimai Palatada katib müavini Vladislav Qrib seçkilərin seçki kodeksinə tam cavab verdiyini söyləyib: “Hər hansı qanun pozuntusu qeydə alınmayıb. Məntəqələr vaxtında açılmışdı, seçici aktivliyi müşahidə edilirdi. Seçki Komissiyaları normal rejimdə işləyirdi”.
Dövlət Dumasının dini təşkilatlar və ictimai birliklər üzrə komitəsinin rəhbəri Yaroslav Nilov da şəffaf seçkilərin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: “Mənim fikrimcə, seçkilər demokratik prinsiplərə uyğun şəkildə keçirildi. Azərbaycan xalqı sabitliyə səs verdi, eyni zamanda indiki hakimiyyətə dəstək nümayiş etdirdi. Bir daha müəyyənləşdi ki, indiki hakimiyyət öz vətəndaşlarına bundan sonra da qayğı göstərməkdə davam edəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info